Icma.az
close
up
RU
Təmiz bal xarlayır? İZAHI

Təmiz bal xarlayır? İZAHI

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Balın orqanizmə nə qədər faydalı olduğunu hamımız bilirik. Bu təbii qidanın faydaları saymaqla bitməz.

Amma əlbəttə, söhbət təmiz baldan gedir. Bəs təmiz balı necə tanımalı? Çoxları xarlamış balın təmiz olmadığını zənn edir. Bu, həqiqətən belədirmi? Saglamolun.az bu suala aydınlıq gətirməyə çalışacaq.

Bal tez və ya gec (götürüldüyü çiçəkdən və saxlanma şəraitindən asılı olaraq) qatılaşıb xarlayır. Balın xarlaması (kristallaşması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq, günəbaxan balı tez (götürüldükdən 6 ay müddətində), qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec xarlayır (bəzən hətta bir ildən gec). İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlayır.

Nektarın (şirə) toplanması dövründə pətəkdə tənbəl və ilk görüşdə işsiz gözə çarpan şişkin qarınlı arılara təsadüf edilir. Vaxtaşırı onların xortumlarının ucunda kiçik maye damcısı görünür və yenidən yox olur. Onlar həmin zaman ən mühüm işlə məşğul olan cavan arılardır. Onların kimyəvi laboratoriya vəzifəsini görən çinədanlarında fermentlərin təsiri ilə saxarozanın qlükozaya və fruktozaya parçalanma prosesi gedir. Balın tərkibində qlükoza çox olduqda xarlama tezləşir. Buna misal olaraq, günəbaxan və qarabaşaqdan alınan balı göstərmək olar. Fruktoza çox olduqda isə (ağ akasiyadan alınan balda) xarlama ləng gedir. Balın təbii olub olmadığını bilməyin çox asan yolu var. Əslində təbii və keyfiyyətli bal xarlayır. "Xarlayan bal saxtadır" fikri yanlışdır. Xarlamış bal haqqında yanlış məlumatlar yayılır. Çox insan balın donmasını onun saxta olması ilə əlaqələndirir. Bu, düzgün qənaət deyil. Azərbaycanda demək olar bütün bal növləri tez, ya gec kristallaşır. Həm dağ bölgəsində əldə olunan bal, həm də Aran zonasının balı xarlaya bilər. Balın xarlaması onun təbiiliyini sübut edən bir haldır. Xarlamış balla bağlı səhv fikirlər süzmə bal istehsalçılarına bazarda problem yaradır. Bunu bilmək vacibdir ki, təbii və çox keyfiyyətli bal hətta süzmə prosesindən az müddət sonra kristallaşa bilər. Kristallaşan bal rahatlıqla qəbul edilməlidir. Bazara "təbii bal" deyə çıxarılan bəzi məhsullarla alıcılar aldadılır. Balın keyfiyyətini dadaraq, yaxud qoxulamaqla bilmək mümkün deyil. Bal xarlayanda onun kimyəvi tərkibi əsla dəyişmir. Bu hal, balın sadəcə görünüşünün dəyişməsinə səbəb olur. Təbii bal zamanla, yaxud saxlama şəraitindən asılı olaraq donur. Soyuq yerdə, ya da soyuducuda saxlanması balın xarlamasını sürətləndirir.
- Balın xarlaması tam təbii haldır

- Xarlanma balın təmizliyinə zəmanətdir

- Xarlanma fruktoza və saxarozanın miqdarından asılıdır. Tərkibində qlükoza üstünlük təşkil eləyən bal növləri tez, fruktoza çoxluq təşkil eləyən bal çeşidləri gec xarlayır. Təbii balın xarlaması şəkərdən alınan balın xarlamasından fərqlənir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri