Icma.az
close
up
RU
“Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” İdman və Biz

“Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” İdman və Biz

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2024-cü ilə mötəbər beynəlxalq konfransla yekun vuracaq.

İdman.biz xəbər verir ki, tədbir “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adı altında təşkil olunacaq.

Cari il üçüncü dəfə beynəlxalq konfrans təşkil edən AMADA 2024-cü il dekabrın 16-da idman ictimaiyyətinin nümayəndələrini və antidopinq sistemində məsul şəxsləri yenidən bir araya toplayacaq.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda, “Four Season” mehmanxanasında təşkil ediləcək beynəlxalq konfransda dövlət rəsmiləri, Olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA), Beynəlxalq Test Agentliyinin (ITA), digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, nüfuzlu ali təhsil ocaqlarının professorları və mütəxəssislər iştirak edəcəklər.

Sessiyalar üzrə davam edəcək konfransda “Paris-2024” Yay Olimpiya Oyunlarının yekunlarına nəzərə salınacaq, dopinqin aşkarlanmasında yenilikçi tədqiqatlar və gələcək çağırışlar, dopinq nəzarəti prosesində dəqiqlik, Olimpiya antidopinq səylərində əldə olunan nailiyyətlər, antidopinqdə təhsil və elmin öncüllüyü kimi mövzular müzakirə olunacaq.

Tədbirin məqsədi antidopinq sahəsindəki təcrübə və biliklərin artırılması, elmi araşdırmaların dəstəklənməsi, həmçinin idmançılar və idman ictimaiyyəti arasında dopinqə qarşı mübarizənin və maarifləndirmənin gücləndirilməsindən ibarətdir.

Konfrans çərçivəsində AMADA və “Gilavar” Foto Klubunun birgə təşkil etdiyi “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq müsabiqənin qalib fotolarından ibarət sərgi nümayiş olunacaq.

Beynəlxalq konfransın informasiya dəstəkçisi Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see160

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri