Icma.az
close
up
RU
Təmiz Torpaq Ulduzu : 300 milyon dollar qiyməti var

Təmiz Torpaq Ulduzu : 300 milyon dollar qiyməti var

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Şri-Lankada çəkisi 3563 karat olan unikal ulduz sapfiri rəsmi olaraq Kolomboda sertifikatlaşdırılıb, lakin onun gələcək taleyi və real bazar qiyməti hələ müəyyənləşdirilməyib.

Qaynarinfo xəbər verir ki, bu daş öz kateqoriyasında dünyanın ən böyüyü hesab olunur. Qiymətli daş "Təmiz Torpaq Ulduzu” adını alıb və təxmini olaraq 300 milyon dollara qiymətləndirilib.

Sapfir 2023-cü ildə Şri-Lankanın cənubunda, "qiymətli daşlar şəhəri” kimi tanınan Ratnapura yaxınlığında tapılıb. Kəşfdən iki ildən çox sonra anonim sahiblər daşın sertifikatını Kolomboda təsdiqləyiblər.

Amerikanın qemoloji institutu bu daşı dünyanın ən böyük təbii bənövşəyi ulduz sapfiri kimi tanıyıb.

Sapfirin çəkisi 3563 karatdır və bu, onu məşhur "Hindistan Ulduzu”ndan təxminən yeddi dəfə böyük edir. Daş hələ üzlənməyib və cilalanmayıb.

Böyük ölçüdən əlavə, "Təmiz Torpaq Ulduzu”nun yüksək qiyməti onun keyfiyyətindən irəli gəlir. Sapfirin içindəki rutil iynələri sayəsində formalaşmış aydın altıbucaqlı "ulduz” görünür. Ekspertlərin sözlərinə görə, daxili qüsursuz optik təmizlik son dərəcə nadir hallarda rast gəlinir.

Klassik mavi sapfirlərdən fərqli olaraq, daşın təbii bənövşəyi rəngi var. Rəngin, çəkisinin və təmizliyinin birləşməsi göstərir ki, bu daş min illər ərzində yer qabığında formalaşan fövqəladə geoloji şərait nəticəsində yaranıb. Məhz bu faktorlar daşın ilkin qiymətinin 300 milyon dollar olmasını əsaslandırır.

Müqayisə üçün, ABŞ-ın Nyu-York şəhərindəki Amerika Təbii Tarix Muzeyində saxlanılan 563 karat çəkili mavi "Hindistan Ulduzu” həm gözəlliyi, həm də 1964-cü ildə baş vermiş böyük oğurluqla məşhurdur – bu ABŞ tarixindəki ən böyük qiymətli daş oğurluğudur.

"Təmiz Torpaq Ulduzu”nun sahiblərindən ibarət konsorsium anonim qalmağı seçib və daşın satışı ilə bağlı niyyətlərini açıqlamayıb. Elan olunmuş qiymət onun bazara çıxarılacağı anlamına gəlmir.

Belə unikal daşların real dəyəri şərti olaraq qalır və bazar dəyişkənliyindən, tələb və qlobal siyasi stabillikdən asılıdır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri