Icma.az
close
up
RU
Təmizlik məqsədilə ölümə gedirik Həkim terapevt

Təmizlik məqsədilə ölümə gedirik Həkim terapevt

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmsiyyə Namazova: “Hamam və tualetdə istifadə olunan kimyəvi maddələr ölümcül təsir göstərə bilər”


“Sirkə və soda kimyəvi təmizləyicilərdən qat-qat təhlükəsizdir” 



Norveçin Berqen Universitetində aparılan 20 illik araşdırma ev təmizliyi ilə bağlı narahatedici nəticələr ortaya qoyub. 6 min nəfərin iştirakı ilə keçirilən tədqiqat göstərib ki, evdə tez-tez təmizlik edən və ya bu sahədə işləyən qadınlarda ağciyər funksiyası, gündə 20 siqaret çəkən insanlardakı qədər azalır.

Alimlər bu vəziyyəti təmizləyici kimyəvi vasitələrin illərlə tənəffüs olunması ilə izah edirlər. Bu maddələrin tərkibindəki mikrozərrəciklər və qıcıqlandırıcı komponentlər ağciyərlərin vaxtından əvvəl qocalmasına, astma və digər tənəffüs xəstəliklərinin riskinin artmasına səbəb olur. Mütəxəssislər ağciyərləri qorumaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edir: təmizliyə mikrofiber və su ilə üstünlük vermək, otaqları yaxşı havalandırmaq, sprey və aerozollardan mümkün qədər uzaq durmaq.

Araşdırma müəllifləri vurğulayır ki, gündəlik kiçik dəyişikliklər gələcəkdə sağlam tənəffüs sistemi üçün böyük fayda verə bilər.


Həkim - terapevt Şəmsiyyə Namazova  Sherg.az-a açıqlamasında məişət təmizliyində istifadə olunan kimyəvi maddələrin sanitar-gigiyenik qaydalara riayət etmək üçün vacib vasitələr olduğunu deyib. Lakin həkim qeyd edib ki, bu maddələr düzgün və ehtiyatla işlədilmədikdə, insan sağlamlığı üçün ciddi təhlükə yaradır: 


“İnsanların çoxu bu vasitələrin gücünü və tərkibindəki kimyəvi reaksiyaların riskini tam dərk etmir. Nəticədə, təmizlik məqsədi ilə istifadə olunan bu məhsullar zəhərlənmə, yanıq, allergiya və hətta ölüm kimi ağır fəsadlara gətirib çıxara bilir.

Ən çox təhlükə doğuran maddələrdən biri xlorlu ağardıcılardır. Onlar güclü dezinfeksiyaedici xüsusiyyətə malik olsa da, düzgün istifadə edilmədikdə çox zərərli qazlar əmələ gətirə bilər. Digər təhlükəli maddələr ammiak tərkibli təmizləyicilərdir. Onlar da bəzi şüşə silici və universal yuyucu vasitələrin tərkibində olur. Xlorlu məhsullarla təmas etdikdə xloramin qazı yaranır ki, bu qaz da xlor qədər təhlükəlidir. Bu maddənin buxarını nəfəsə çəkmək öskürək, gözyaşarması, təngnəfəslik və boğazda yanma hissi yaradır. Uzunmüddətli məruz qalma isə ağciyərlərdə iltihab, astma tutmaları və xroniki tənəffüs problemlərinə səbəb ola bilər”.


Ş. Namazova həmçinin bildirib ki, güclü turşu və qələvi əsaslı təmizləyicilər də diqqət tələb edir. Tualet, boru və kafel təmizləyicilərinin tərkibindəki maddələr dəri və gözlə təmasda kimyəvi yanıq əmələ gətirir: 

“Gözə sıçradıqda isə qismən və ya tam korluğa səbəb ola bilər. Bu cür məhsullardan istifadə edərkən mütləq əlcək, maska və qoruyucu eynək taxmaq lazımdır. Əks halda, həm dəridə yanıqlar, həm də tənəffüs yollarında ciddi zədələnmələr baş verə bilər. Zəhərlənmələr çox vaxt qapalı və havasız məkanlarda baş verir. Hamam və tualet kimi yerlərdə buxar və qaz daha sürətlə toplanır, nəticədə zəhərli maddələrin təsiri qat-qat artır. Buna görə də təmizlik zamanı otağın havasını dəyişmək, qapı-pəncərəni açıq saxlamaq və mümkün olduqda ventilyator işə salmaq vacibdir”.


 Həkimin sözlərinə görə, bəzi hallarda kimyəvi maddələrə alternativ təbii vasitələrdən istifadə etmək mümkündür: 

“Sirkə, soda və sabun məhlulları ilə bir çox səthləri zərərsiz şəkildə təmizləmək olar. Bu həm sağlamlıq, həm də ekoloji baxımdan daha təhlükəsizdir. Kimyəvi təmizləyici vasitələrdən düzgün istifadə edilmədikdə onlar xeyirdən çox zərər gətirə bilər.  Məqsəd yalnız parıltı yaratmaq deyil, həm də ailə üzvlərinin sağlamlığını qorumaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Oktyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri