Təmkin və Xətai Türkiyədə kubok qazandı: Finalda 7 qollu darmadağın
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbulda keçirilən nüfuzlu "Golazo Cup Türkiye 2026" turniri Azərbaycan futbolçularının möhtəşəm qələbəsi ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, turnirin həlledici final oyununda Atabərk Doğanın sahibi olduğu "Fenomeno Armada" komandası "Likapa" FK kollektivini 7:2 hesabı ilə darmadağın edərək çempionluq kubokunu qazanıb.
Xüsusi dəvətlə Türkiyəyə gələn təmsilçilərimiz Təmkin Xəlilzadə və Xətai Bağırov həlledici matçda start heyətində yer alaraq qələbədə böyük pay sahibi olublar. Görüşə sürətli başlayan "Fenomeno Armada" artıq matçın 3-cü dəqiqəsində Təmkin Xəlilzadənin qolu ilə hesabı açıb və ilk hissəni 6:0 hesablı böyük üstünlüklə bitirib. Təcrübəli müdafiəçi Təmkin Xəlilzadə matçın 25-ci dəqiqəsində yenidən fərqlənərək dublunu rəsmiləşdirib və hesabı 7:1-ə çatdırıb.
Xətai Bağırov isə texniki oyunu və məhsuldar ötürmələri ilə rəqib müdafiəsini çətin vəziyyətdə qoyaraq hücumların qurulmasında əsas rol oynayıb.
Azərbaycanın mini-futbol ulduzlarının beynəlxalq arenada qazandığı bu uğur, ölkəmizdə bu idman növünə olan marağın və peşəkarlığın son illərdə sürətlə artdığının bariz göstəricisidir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 Yanvar 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















