Temmi Bryus: Tərəflər Ukraynada atəşkəsə yaxındırlar
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tərəflər Ukraynada, o cümlədən Qara dənizdə atəşkəsə yaxındırlar və bundan sonra münaqişənin həlli ilə bağlı gələcək məsələlərin müzakirəsinə başlaya biləcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib.
"Biz buna yaxınıq, heç vaxt tam atəşkəsə indiki qədər yaxın olmamışıq", - deyə o bildirib.
O əlavə edib ki, ABŞ Qara dənizdə atəşkəs də daxil olmaqla Rusiya və Ukrayna ilə birgə işləyir.
Onun sözlərinə görə, bundan sonra tərəflər gələcək məsələləri müzakirə etməyə başlaya biləcəklər.

Uolts: Tərəflər Ukraynada həllə yaxındırlar
24 Mart 2025 00:42
Tramp: Ukraynada atəşkəs üçün tərəflər görüşməlidir
26 Mart 2025 00:46
Ağ Ev: Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar
17 Mart 2025 22:07
ABŞ dövlət katibi: Ukraynada müharibəyə son qoymaq üçün bütün tərəflər güzəştə getməlidir
18 Fevral 2025 17:31
Türkiyə Prezidenti Ukraynada atəşkəsə çağırıb
07 Mart 2025 15:04
