Temperatur 45 dərəcəyə yüksələcək Türkiyədə əhaliyə xəbərdarlıq edildi
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
Türkiyədə havanın temperaturunun kəskin yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Sfera.az xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bununla bağlı sosial media hesabında paylaşım edib.
Nazir bildirib ki, iyulun 19-dan etibarən bir həftə ərzində Türkiyədə havanın temperaturunun 6-12 dərəcə artacağı proqnozlaşdırılır.
“Sağlamlığımızı qorumaq və mümkün meşə yanğınlarının qarşısını almaq üçün hər zamankından daha ehtiyatlı davranmalıyıq”, - deyə Murat Kurum qeyd edib.
Xüsusilə, Diyarbakır vilayətində havanın temperaturunun 45 dərəcəyədək yüksələcəyi vurğulanıb.
Baxış sayı:59
Bu xəbər 18 İyul 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















