Icma.az
close
up
RU
Təmtəraqlı ehsan süfrəsinə qarşıyıqsa, qarşısını necə alına bilərik? SORĞU

Təmtəraqlı ehsan süfrəsinə qarşıyıqsa, qarşısını necə alına bilərik? SORĞU

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələr bərqərar olandan ən çox müzakirələrə açıq olan bir mövzu insanları iki cəbhəyə bölür.
Yas mərasimlərində aşbaz tutub ehsan qazanları asdırmaq, yemək-içmək süfrələri təşkil etmək, gözü yaşlı ev sahibinə növbəti bir həyəcan stressi yaşatmaq bu “”iki cəbhə”nin arasında daima çəkişmələrə səbəb olub. Birincə tərəf iddia edir ki, biz gözümüzü açandan, yəni dədə-babadan yas mərasimlərində yemək verilməsini görmüşük.

Baxmayaraq ki, ölü sahibi dərdin əlində çırpınır, ağlar gündədir, amma iki daşın arasında qapısına başsağlığına gələn qonaqlarını da düşünməli, onları yedirtməli, içirtməlidir. Hətta maddi vəziyyəti buna imkan verməsə belə borc-xərc tapıb, bu işi görməlidir”.


İkinci cəbhənin adamları isə düşünür ki...


Adalet.az onların nə düşündüyünü indi sizinlə bölüşəcək:


El ağsaqqalı İlham Qədirli:

- Min illərdir ki, milli mentalitetimizə görə, matəmi düşmüş insana təskinlik, başsağlığı vermək üçün qohumlar, dostlar, tanışlar hökmən gəlir. Ancaq bu mərasimdə ehsan adı ilə yemək vermək lüzumsuzdur. Sadəcə çay, qənd və halva-vəssəlam. Bir də siyasiləşməmiş azdanışan molla...


Şairə Almaz Allahverdiyeva:

-Bu yas mərasimlərində yemək verilməsinin mən də əleyhinəyəm. İnanırsız yas sahibinin ürəyi qan ağlayır, amma ehsan verməkməcburiyyətindədir. Mərasim evi danışılmalıdır, molla gəlməlidir, məzar yeri alınmalı, qazanlar, kəfən pulu, rəhmətliyin yuyulmağının pulu danışılmalıdır! Yas sahibi ölüsünü rahat ağlaya bilmir. Ehsan verilən vaxt ona deyirlər ki, ağlama camaat yeməyini yeyə bilsin! Onu da məcbur edirlər ki, sən ye ki, ehsan tökülüb qalmasın, o yazıq da, tutaq ki, övlad itirib, ya qardaş-bacı itirib: içindən qara qanlar axır, əlacsız yeyir və arada da deyir ki, siz Allah yeyin, baxın mən də yeyirəm.

Adamlar qaşıqla boşqaba çak-ha-çak salıb plov yeyirlər, üstündən dovğa içirlər, onun üstündən də meyvə yeyirlər, göyərti-pendir nə qoyulub, yeyirlər. Sonra da “Allah rəhmət eləsin” deyib gedirlər. Məncə, yas sahibi böyük zərərə düşür, mollaya pul, mərasim evinə pul, yeməklərə pul, məzar yeri pul, məzarın üstü də götürülməlidir axı? Elə böyük yox, az xərclə halva, xurma, limonlu çay olsa, yaxşı olar! Yas yiyəsi banklara borclu qalmaz! Allaha and olsun, kasıb camaat yasını yola vermək üçün banklardan kredit götürür! Onun da üstünə nə qədər faiz gəlir! Yas yerində yemək yox, eləcə çay süfrəsi verilsə yaxşı olar.


Laçın rayonunda müxtəlif rəhbər vəzifələrdə çalışmış laçınlı ziyalı Qəzənfər Hüseynov:


-Mən həmişə yas mərasimlərində yemək verilməsinin əleyhinə olmuşam. 2023 cü ilin iyun ayı idi. Laçına köçəndən sonra bir qrup laçınlı burada yas mərasimində ancaq çay və halva verilməsini məsləhət gördü və tətbiq etdik. Rayonumuzun mollası da bizi dəstəklədi. Yadımdadır bir xeyli əvvəl, Mübariz Qurbanlı dini işlər üzrə komitənin sədri olanda bu məsələ qaldırıldı, ancaq camaat qəbul etmədi. Mübariz müəllim bəyanat verdi ki, yemək süfrələri qurmağın İslamdan qaynaqlanmadığını başa düşdükcə bu adətdən də uzaqlaşacaqlar.
Onu da dedi ki, dəbdəbəli süfrələr açmaq ənənəsi, israfçılıq İslamda yoxdur. Dinimizə görə, hətta bu, günah hesab olunur.
Mən də belə düşünürəm ki, yas düşəndə ehsan adı ilə yemək-içmək süfrəsi təşkil etmək islam dininə ziddir. Dəfələrlə din xadimlərindən, illahiyyatçılardan eşitmişəm ki, İslam dinində 7, 40, 52, il, cümə axşamı deyilən yas məclisi yoxdur. Çünki bunun adı israfçılıqdır. Hədislərdə İmam Əli (ə) buyurur: "Vay olsun israfçıya. Vücudunun faydasından, həyatının dərkindən necə də uzaqdır".
Bu prosesin dayanmasında, bu işin müsbət həllində Qafqaz Müsəlmanları İdarəsinin rolu vacibdir.


İctimai xadim Ramil Bənnayev:

-Əlbəttə yemək süfrəsi məqsədəuyğun deyildir. Birinci yas sahibi kədərini və itkisini yaşamaq yerinə gələcək adamlara yemək süfrəsini düşünməli olur. Hər kəsin də buna həm maddi imkanı çatmır, həm də ki, başsağlığı üçün gedəcək şəxslər vəfat edənə üzülmək yerinə yas mərasimlərində siyahıya düşməli olduqları pulu fikirləşirlər.
Bundan başqa əvvəlki illərdə yas mərasimlərində 10-20 manat siyahıya düşürdülərsə son aylar bu 50 manata qaldırılıb. Bu rəqəmdə hər kəs üçün uyğun deyildir
Bir şeyi də qeyd etmək lazımdır ki, yas mərasimlərində yemək süfrəsinin yığışdırılması kütləvi təşkil edilməlidir. Bir rayonda bir neçə kənddə yığışdırılma effekt vermir. Çünki, kəndlər bir birinə qohumdurlar
Birində yığışdırıb qonşu kənddə qalması effekt vermədi. Bunu rastlaşdığım hallara istinadən deyirəm.
Tanınmış həkim Azər Qasımov :


-Bəli, yaslarda ehsan adı ilə verilən isti yeməklər yığışmalıdır. Bir neçə gün əvvəl çox maraqlı bir məlumat oxudum. Deyilirdi ki, Ağdaş şəhər Hacı İsmayıl məscidində rayonun bütün din xadimlərinin, rayon ağsaqqallar şurasının, ziyalıların, şəhid ailələrinin, Qarabağ əlillər cəmiyyətinin, kənd icra və bələdiyyə nümayəndələrinin, rayonun iş adamlarının və Ağdaşın yetirmələri olub.Bakıda yaşayan bir qrup ağdaşlının iştirakı ilə 200 nəfərlik tədbir keçirilib.
Tədbirdə yas məclislərində ehsan adı ilə müxtəlif meyvə, şirniyyat və isti yeməklərin verilməsi qadağan edilib.
Rayonda yas məclislərində çay, qənd, limon və xurma verilməsi ilə bağlı yekdil qərar qəbul olunub. Ağdam rayonu sakinləri də bu təklifi dəstəkləyir. Ən azından əksəriyyəti.


Kəlbəcərli İlqar Quliyev:

-Yenə yas mərasimlərində ehsan verilib-verilməməsi gündəmə gəlib. Bu məsələ qadağalarla , cərimələrlə həll olunmaz. Həm də qonağına süfrə açan ev sahibini cərimələmək hüquq pozuntusudu. Məclisi idarə edən mollanı cərimələmək olar. Əgər kənddə qayda qoyulubsa qaydanı pozan adamın məclisində hamılıqla insanlar bir stəkan çay içib durub getsələr qazanlar dolu qalar, digərlərinə də dərs olar.
Çay, limon , xurma, halva, pendir-göyərti , su , çörək verilsə uzaqdan-yaxından gələn heç kim ac qalmaz.
Yemək verilməsə 5-10 manat yas pulu çay süfrəsinin xərcini , mağarın kirayə haqqını , dəfn xərcini ödəyər , kimlərin iştirak etdiyini bilmək üçün olar. Amma külfətliklə gedib adama 1 kilo ət yeyib 10 manat yazdırmaq yas sahibinin belini qırmaqdı.
Qəbirüstü abidələr də ehsan kimi özünügöstərmə , risovkalıq , yarış forması alıb. Qoca ata-anasını doğru-düzgün mualıcə etdirməyən , qulluğunda durmayan öləndə onlara qəbristanlıqda villa tikir. Bunun ölənə nə xeyri var?
Heç olmasa işğaldan azad olunmuş ərazilərdə məzarların bərpasına dövlət nəzarəti olmalıdır. Standart abidə layihəsi hazırlanmalıdı.
Bir xasiyətimiz də var. Qohumumuzun, həmkəndlimizin xəstə olduğunu biləndə hayına çatmağa , mualicəsinə kömək etməyə tələsmirik. Öləndə tökülüşürük ehsanını yeməyə.
Pandemiya dövründə sərt qadağalara baxmayaraq padvallarda gizli ehsan verənlər də biz idik...


Müzakirəni həmkarım Səxavət Məmmədin bir söhbəti ilə nöqtələmək istəyirəm:
-Yas mərasimləri ilə toyun fərqi o idi ki, yasda molla, toyda tamada başda oturardı. Demək, Ağdamda yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Bəzi adamlar var buna qarşı çıxırlar. Yas yerindəyəm. Bir neçə ağsaqqal deyir ki, bu doğru deyil. Dilim dinc durmayıb, soruşdum ki, niyə? Deyirlər, bəs ehsan verilməyəndə ölümüz urvatsız olur.
"Demək ölünü urvatlı edən yeməkdir", deyəndə kişinin biri dedi, çox hətərən-pətərən danışırsan ha.
Adamlar tanıyıram dədəsinin yasını yola vermək üçün bankdan kredit götürüb, borca girib. Ancaq bunlar urvatdan danışır.
Bu camaatı nizamlamağın tək yolu qadağa və sərt cəzadır.
Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Avqust 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri