Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Temu istifadəçilərinə pis xəbər

Temu istifadəçilərinə pis xəbər

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Hörmüz boğazında artan təhlükəsizlik riskləri qlobal ticarət marşrutlarının sabitliyi ilə bağlı ciddi suallar doğurur. Dünyada daşınan neftin və yüklərin mühüm hissəsinin keçdiyi bu strateji bölgədə mümkün gərginlik logistika xərclərinin artmasına və beynəlxalq ticarət axınlarında gecikmələrə səbəb ola bilər. Bu vəziyyət isə xüsusilə  “Temu” və “AliExpress” onlayn alış-veriş platformalarından edilən sifarişlərin qiymətinə və çatdırılma müddətinə təsir ehtimalını gündəmə gətirir. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Famil Niftiyev bildirib ki, Hörmüz boğazında təhlükəsizlik risklərinin artması qlobal ticarət və logistika sisteminə zəncirvari təsir göstərən geosiyasi amillərdən biri hesab olunur.
"Hörmüz boğazı dünya enerji və yük daşımalarının ən strateji marşrutlarından biridir və qlobal neft ticarətinin təxminən beşdə biri məhz bu boğaz vasitəsilə həyata keçirilir. Bu səbəbdən bölgədə hərbi gərginlik, hücum riski və ya tranzitin məhdudlaşdırılması ehtimalı dərhal enerji qiymətlərinə, nəqliyyat xərclərinə və ümumilikdə dünya bazarlarında qiymət səviyyəsinə təsir göstərə bilər. Belə vəziyyətlərdə ilk növbədə gəmiçilik və logistika şirkətləri üçün risk səviyyəsi artır. Risklərin yüksəlməsi ilə birlikdə sığorta şirkətləri daşımalar üçün əlavə “müharibə riski” ödənişləri tətbiq edir, bu isə daşınma tariflərinin artmasına səbəb olur. Nəticədə yalnız enerji məhsullarının deyil, digər malların da daşınma xərcləri yüksəlir. Çünki qlobal ticarətdə konteyner daşımalarının böyük hissəsi eyni logistika sistemindən istifadə edir və bu sistemdə yaranan hər bir əlavə xərc bütün ticarət zəncirinə ötürülür".
Ekspert bildirib ki, digər mühüm məqam marşrutların dəyişdirilməsi ilə bağlıdır. 
"Təhlükəsizlik riski yüksək olduqda bəzi gəmiçilik şirkətləri riskli bölgələrdən keçmək əvəzinə alternativ və daha uzun marşrutlardan istifadə etməyə üstünlük verirlər. Bu isə daşınma müddətini artırmaqla yanaşı, yanacaq və logistika xərclərinin də yüksəlməsinə səbəb olur. Belə hallarda qlobal logistika sistemində gecikmələr və əlavə xərclər yaranır. Bu prosesin elektron ticarət platformalarına təsiri əsasən dolayı xarakter daşıyır, lakin kifayət qədər realdır. "Temu" və "AliExpress" kimi platformalar əsasən Çin istehsalı olan məhsulları müxtəlif ölkələrə göndərir və bu sifarişlərin böyük hissəsi beynəlxalq logistika şəbəkələri vasitəsilə çatdırılır. Regionda təhlükəsizlik risklərinin artması hava və dəniz yük daşımalarının qiymətinə təsir göstərdiyi üçün logistika xərclərinin artması ehtimalı yaranır. Bu isə nəticə etibarilə satıcıların xərclərinə və dolayısı ilə məhsul qiymətlərinə təsir edə bilər".
Onun sözlərinə görə, belə şəraitdə istehlakçılar üçün iki əsas nəticə ortaya çıxa bilər:
"Birincisi, çatdırılma müddətlərinin uzanmasıdır. Logistika marşrutlarında gecikmələr və əlavə yoxlamalar səbəbindən sifarişlərin çatdırılması əvvəlki dövrlərlə müqayisədə daha uzun çəkə bilər. İkinci ehtimal isə daşınma və sığorta xərclərinin artmasının müəyyən hissəsinin məhsul qiymətlərinə əlavə edilməsidir. İqtisadi baxımdan qiymətləndirdikdə, bu risklərin elektron ticarət sifarişlərinə təsiri əsasən gərginliyin müddətindən asılı olacaq. Əgər geosiyasi gərginlik qısa müddətli olarsa, təsir əsasən çatdırılma gecikmələri və kiçik logistika xərcləri ilə məhdudlaşa bilər. Lakin gərginlik uzun müddət davam edərsə, qlobal logistika xərclərinin artması nəticəsində elektron ticarət məhsullarının qiymətlərində müəyyən yüksəliş və çatdırılma müddətlərində daha ciddi uzanmalar müşahidə oluna bilər. Nəticə etibarilə, Hörmüz boğazında təhlükəsizlik risklərinin artması qlobal ticarətin mühüm marşrutlarından birinə təsir etdiyi üçün bunun elektron ticarət platformalarından edilən sifarişlərin qiymətinə və çatdırılma müddətinə təsir göstərməsi iqtisadi baxımdan real və mümkün bir ssenari hesab olunur".
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri