Icma.az
close
up
RU
Temunun 4 manatlıq donuna etibar edənlər, niyə yerli məhsullardan qorxur ?

Temunun 4 manatlıq donuna etibar edənlər, niyə yerli məhsullardan qorxur ?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə onlayn alış-verişin geniş yayılması ilə insanlar müxtəlif beynəlxalq platformalardan, o cümlədən aşağı qiymətləri ilə seçilən satış saytlarından daha çox istifadə etməyə başlayıblar. Müşahidələr göstərir ki, bir çox alıcılar 3-5 manat kimi çox ucuz qiymətə geyim və digər məhsulları xarici platformalardan sifariş edirlər, lakin eyni qiymət intervalında yerli bazardan alış-verişə o qədər də üstünlük vermirlər. Bu isə maraqlı bir sual doğurur ki, niyə insanlar xarici platformalara daha çox etibar edir, yerli bazara isə daha ehtiyatla yanaşır?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, Azərbaycanın indiki nəsil istehlakçıları keçmişdə mövcud olmuş istehsal mədəniyyətinin formalaşdırdığı yanaşmanın davamçıları hesab olunur:
“Tarixən ölkədə istehsal olunan geyim və tekstil məhsullarına münasibət birmənalı olmayıb və bu, istehlakçı davranışlarına da təsir göstərib. Bir dövrdə yerli istehsal olunan məhsulların keyfiyyəti ilə bağlı müəyyən problemlərin olması cəmiyyətin bu sahəyə etibarını zəiflədib. Buna görə də uzun illər ərzində istehlakçılar daha çox xarici məhsullara üstünlük verməyə meyilli olublar. Hətta bəzi hallarda yerli istehsal olan geyim və ayaqqabılar üzərində xarici brend etiketlərindən istifadə olunaraq onların daha çox satılması halları da müşahidə edilib. Eyni zamanda, bazarlarda və yarmarkalarda müxtəlif keyfiyyətdə məhsulların, o cümlədən çox ucuz qiymətə satılan geyimlərin geniş yayılması istehlakçı seçimlərinə təsir göstərib. Bu tip məhsullar daha çox əlçatan qiymətə görə alıcı cəlb etsə də, keyfiyyət baxımından hər zaman standartlara uyğun olmaya bilər”.
O deyib ki, ölkədə tekstil sənayesinin inkişaf səviyyəsi də bu məsələdə mühüm rol oynayır:
“Xammalın emalı və tam istehsal zəncirinin formalaşması sahəsində məhdud imkanlar yerli məhsulların maya dəyərinə təsir edir. Parça materiallarının əsasən xarici ölkələrdən idxal olunması son məhsulun qiymətini artırır və bu da istehlakçı seçimlərinə təsirsiz ötüşmür. Nəticə etibarilə, istehlakçı davranışlarında formalaşan etimad məsələsi yalnız keyfiyyətlə deyil, həm də istehsal infrastrukturunun inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahədə inkişafın təmin olunması isə həm yerli istehsala marağı artıra, həm də bazarda daha sabit və rəqabətqabiliyyətli mühit formalaşdıra bilər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri