Ten Haq: “Qoy Kerrik öz işini görsün”
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq komandanın hazırkı çalışdırıcısı Maykl Kerrikin vəzifəsindən ayrılmasının düzgün qərar olmayacağını düşünür.
QOL.az xəbər verir ki, hazırda “Tvente” klubunda texniki direktor vəzifəsində çalışan niderlandlı mütəxəssis bu barədə “The Athletic”ə açıqlamasında danışıb.
“Maykl Kerriki istefaya göndərmək çıxış yolu deyil. Buna 100 faiz əminəm. Nəticələr yaxşılaşmasa, azarkeşlər onun istefasını tələb edəcəklər. Amma bu, emosional yanaşmadır. Qərarlar ağılla verilməlidir.
Kerrik “Midlsbro”da, eləcə də ötən mövsüm özünü yaxşı tərəfdən göstərib. Ona görə də sadəcə öz işini görməsinə imkan vermək lazımdır. Qoyun Kerrik işini görsün. Düşünürəm ki, onun məşqçilər heyəti də peşəkardır”, – deyə ten Haq bildirib.
Qeyd edək ki, hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Baxış sayı:57
Bu xəbər 20 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















