Icma.az
close
up
RU
Tendensiya davam edir: “Neftçi”nin hər oyununda qalmaqallı idarəçilik!

Tendensiya davam edir: “Neftçi”nin hər oyununda qalmaqallı idarəçilik!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çempionatda gərginlik artdıqca sarı vərəqələrin də sayı artır.

“Karvan-Yevlax” – “Sabah” oyununda tərəflərdən heç birinin cəzalanmadığını nəzərə alsaq, 5 oyunda 29 sarı, 1 qırmızı vərəqə göstərilməsi heç də səliqəli mübarizədən xəbər vermir. “Zirə” – “Neftçi” oyununun sonunda yaşananlar isə hakim qərarlarının ədalətini də şübhə altına aldı.
Araz-Naxçıvan – İmişli, CAVİD CƏLİLOV
Meydan sahiblərinin qələbəsiylə başa çatan oyun qonaqların da yaxşı oyunuyla yadda qaldı. Bu görüşdə nəticəni “İmişli”nin futbolçularının fərdi səhvləri müəyyənləşdirdi desək, yanılmarıq. O başqa məsələ ki, Cavid Cəlilovun da səhvi oldu. Əminliklə deyə bilərik: ədalət təmsilçisi həmkarlarının yardımı sayəsində işinin öhdəsindən gəldi. Məsələn, onun Bəxtiyarın Ronaldoya qarşı kobud oynadığını zənn edərək təyin etdiyi penalti VAR-ın müdaxiləsiylə ləğv olundu. Yoxsa Cavid bəy gecə başını yastığa rahat qoya bilməyəcəkdi. Futbolçulara göstərilən vərəqə və Slavik Alxasovun əllə oynamasına görə təyin edilən penalti qərarına isə şübhəylə yanaşmaq olmaz. Soruşsaz ki, bəs Jorj Kaşkilya niyə özünə yer tapa bilmirdi? O xırda folların dərhal qeydə alınmasına qarşı çıxırdı. Komandası hesabda geridə olan baş məşqçi, təbii ki, belə davranmalıdı. Ancaq Cavid bəy bu yöndə daha mərhəmətli ola bilərdi...
Sumqayıt – Turan Tovuz, FƏRİD HACIYEV
“Bozqurd”un aşkar üstünlüyü şəraitində keçən matçda hakim qərarları narazılıq doğurmadı. Ümumiyyətlə, Fərid Hacıyev oyun ərzində hansısa qalmaqallı qərarla yadda qalmadı. Bu səbəbdən baş məşqçilərin narazılığını da duymadıq. Elə bizim də Fərid bəyin qərarlarından narazılığımız yoxdu. Hər halda, onun 70-ci dəqiqədə təyin etdiyi penalti qərarı da haqlıydı. Axı Rəhim Sadıxov həqiqətən də cərimə meydançasında Aleksa Yankoviçə qarşı kobud oynamışdı.
Qəbələ - Şamaxı, ELÇİN MƏSİYEV
Autsayderlərin duelini FİFA referisi idarə etdi. “Şamaxı”nın qələbəsi ana südü kimi halaldı. Azı ona görə ki, ədalət təmsilçisinin 5-ci dəqiqədə “Qəbələ”nin qapısına təyin etdiyi penalti qərarı düzgün idi. Niyə? İsaak Amoah əllə oynamışdı. Çoxsaylı vərəqələr də sizi aldatmasın. Çünki hər iki komanda yetərincə kobudluq etdi və Elçin Məsiyev əndazəni aşan futbolçulara münasibətdə rəhmli davranmadı. Belədə “fit sahibi”nin statusuna uyğun idarəçiliklə yadda qaldığını deyə bilərik. Hər halda, hakim qərarları nə Ayxan Abbasov üçün müzakirə mövzusuna çevrildi, nə də Kaxaber Sxadadze üçün.
Zirə - Neftçi, KAMAL UMUDLU
Turun ən biabırçı hakimliyi. Oyun ərzində də bir neçə yanlış qərar oldu, amma bununla bitsəydi, dərdyarı. Matçın sonlarında “Neftçi”nin qapısına penalti təyin etməsi, sadəcə, fiaskodu. Umudlu 90+5-ci dəqiqədə Elvin Bədəlovun cərimə meydançası daxilində Ceyhun Nuriyevə toxunuşu penalti kimi qiymətləndirildi. Niyə, hansı əsasla - bilinmədi. Həmçinin həmin epizodda Alessio Kurçiyə qarşı da qayda pozuntusu var idi. O da gözardı edildi, baxılmadı. Üstəlik Frank De Blekere də Kamal Umudlunun tərəfini tutdu. İlk hissədə sürət elə də yüksək deyildi, 2-ci hissədə isə dinamika artdıqca Kamal bəy də səhvlərə yol verməyə başlayırdı. Yan xətt hakiminin gözünün qabağında top çıxır, Umudluya baxır ki, bayrağı hansı tərəfə qaldırım...
Qarabağ - Kəpəz, NİCAT İSMAYILLI
Oyunun sürəti o qədər də yüksək deyildi. Nicat İsmayıllının idarəçiliyi isə məqbul sayıla bilər. Lakin bir epizod var ki, bu haqda mütləq danışılmalıdı. Maraqlıdı ki, bu epizod mediada da gündəmə çevrilmədi. Söhbət 50-ci dəqiqədə Dani Boltun Luis Paçunun ayağını tapdalamasından gedir. Bu epizod Nicat İsmayıllının gözündən qaçsa da, VAR müdaxilə etdi və referi, sadəcə, sarı vərəqə göstərdi. Sarı vərəqə üçün VAR-a çağırırlar? Paçunun ayağının sınmaması ancaq bəxt üzünə güldüyünə görədi. Baş hakim isə bu epizodu sarı vərəqə ilə dəyərləndirdi. Bir səhv bəlkə də “Kəpəz”i xaldan etdi.
Karvan-Yevlax - Sabah, İNQİLAB MƏMMƏDOV
“Sabah”ın aşkar üstünlüyü şəraitində keçən oyunda hakim qərarları mübahisə doğurmadı. İlk hissədə iki dəfə VAR-a baxıldı. Birincidə Kahim Parrisin qolu ləğv olundu, ikincidə isə “Sabah”ın xeyrinə penalti qərarı verildi. Top Eltun Turabovun açıq əlinə dəymişdi, düzgün qərar verildi. “Sabah”ın oyunboyu böyük üstünlüyə malik olması dinamikanın, şübhəli epizodların azlığına gətirib çıxardı. Matçın sonunda Coy-Lens Mikelslə Kamran İbrahimov arasındakı hava mübarizəsində “davam” işarəsini də doğru saymaq olar. Adi oyun epizodu idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri