Tenderlərə saxta sənəd təqdim edən şirkət Naxçıvanda tenderin qalibi olub
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan MR Prokurorluğu “Lusso Group” MMC (VÖEN – 0201539501) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, müqavilə bağlanılan şirkət prokurorluğa 17 min 443 manat 94 qəpik dəyərində mebel avadanlıqları satacaq və quraşdıracaq.
Məlumat üçün bildirək ki, “Lusso Group” MMC müvafiq dövlət qurumu tərəfindən satınalmalar zamanı saxta sənəd təqdim etdiyi üçün etibarsız təchizatçıların reyestrinə daxil edilib və buna görə bir il müddətində (06.08.2026 – 06.08.2027) satınalmalarda iştirak edə bilməyəcək. Nizamnamə kapitalı 50 manat olan MMC 2024-cü ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Əjdərov Zaur Məhərrəm oğludur.
Onu da qeyd edək ki, etibarsız təchizatçıların reyestrinə daxil edilən şirkətlərin dövlət satınalmalarında iştirakına yol verilmir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:2,9 milyonluq tenderin qalibi olan şirkət qara siyahı da Saxta sənəd təqdim edib
26 Fevral 2026 13:38
Mingəçevirdə fəaliyyət göstərməyən şirkət tenderin qalibi olub
17 İyul 2025 16:11
Naxçıvanda 12 milyonluq tenderin qalibi açıqlandı
24 Yanvar 2025 00:48
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub
19 Dekabr 2024 11:41
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur?
09 May 2025 11:59
Baxış sayı:184
Bu xəbər 10 Avqust 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















