Tənəffüs vaxtı məktəbli sinif yoldaşına xəsarət yetirdi YENİLƏNİB
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı insident baş verib.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, saat 10:30 radələrində VIII sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) mübahisə zamanı yüngül xəsarət yetirib.
Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxt ərazisində yerləşən məktəblərin birində şagirdlər arasında baş verən mübahisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.
Baxış sayı:103
Bu xəbər 22 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















