Icma.az
close
up
RU
Tənhalıq və ondan çıxmağın yolları

Tənhalıq və ondan çıxmağın yolları

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

"Tənhalıq bəzən duyğusuzluq kimi görünsə də, əslində, duyğusuz qalmaqdır, sevilməməkdir, özünü sevdirə bilməməkdir. Tənhalıq insanın özünü çarəsiz, dəyərsiz hiss etməsinə səbəb olur. İnsana əsl ağır gələn tənha qalması deyil, ehtiyacı olduğu zaman heç kimi yanında tapa bilməyəcəyini bilməsidir. Əsas tənhalıq qısa müddətli tənhalıq deyil. Bu tənhalıq zamanı özümüzlə hesablaşmaqdır. İnsan tənha qalıb, öz həyatı, həyatını, duyğu və düşüncələrini mühakimə etməli, bu proses sonunda özünü tanımalıdır. Bəzən kütlələr içində də özümüzü çox tənha hiss edə bilərik. Tənhalıq hissi insanda öz içində həll yolları istehsal etməkdədir. Amma bu həll bəzən ani və tamamilə həzz prinsipinə yönələ bilər. Çox vaxt tənha insanlar çıxış yolu kimi internet və ya komputer oyunlarından asılı ol ola bilirlər". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Y.Əsgərova həmçinin qeyd edib ki, tənhalıqdan əziyyət çəkən insanlar eyni zamanda davamlı izdihamlara qarışıb tənhalıqlarını ört-basdır etməyə çalışırlar. Tənha insanlar özlərini işlərinə həsr edir, bununla bağlı olaraq da uğur qazanırlar. Lakin bu, onları qane etmir. Davamlı olduğu mühitdən və ya cəmiyyətdən özünə qarşı maraq gözləmək də tənha insanlara aid xüsusiyyətdir. Bu insanlar intensiv emosional-sosial əlaqələr yaşamaqdan-bağlanmaqdan qaçırlar. İctimai münasibətlərdə səthi olurlar. Yaşadıqları hadisələr nəticəsində cəmiyyətdən uzaq qalmağı seçirlər (təcavüzə məruz qalmaq, qəsb və s.). Bütün insanlar cəmiyyətdə dəyər görmək, sevilmək qayğı görmək istəyirlər. Amma bəzən dəyər görmək istəyən fərd, özünü dəyər görmək istədiyi insana, qrupa, birliyə üstünlük davranışı nümayiş etdirər. Üstün olduğunu fərqli olduğunu göstərərək dəyər və qayğı gözləyərlər. Məhz burada xətanın ilk nəticəsi insanın tək qalmasıdır. Nəticədə insanlar özlərindən fərqli olana, uzaq olana, üstün olana deyil, özünə oxşayana, eyni səviyyədə olana dəyər verirlər.
"Əgər, şəxsin həyat yoldaşıyla arasında məsafə məsələsi varsa bu, bir evdə iki nəfərlik tənhalıq yaşamaq deməkdir. Evli insanların tənhalığı daha ağır olur. Yaşlılar isə yaxınları ilə birlikdə yaşadıqları zaman daha xoşbəxt olurlar. Bu zaman yaşlılar özlərini təhlükəsizlikdə hiss edirlər. Yaşlıların ən böyük problemi tək qalmaqdır. Çünki ailələrin uşaq sahibi olmalarının əsas məqsədlərindən biri də tənha qalmamaqdır.
Tənha insanlar tənhalıqla başa çıxmaq üçün aşağıdakı suallara cavab tapmalıdırlar:
- Özümüzü mühakimə etməliyik. Biz niyə dost tapa bilmirik?
- Münasibətlərimizdə gündəlik gözləntiləri deyil, uzunmüddətli hədəfləri qarşımıza məqsəd qoymalıyıq.
- İnsanlara güvənmək barədə fikirlərimizlə deyil, şərait və ünsiyyətin xarakterinə görə hərəkət etməliyik. İnsanlara güvənmədiyimiz müddətcə dərin və etibarlı əlaqələr qura bilmərik.
- Yoldaşlıq və dostluq meyarlarını həqiqətlər üzərində qurmalıyıq.
- Qarşı cinslə olan münasibətlərdə qarşılıqlı gözləntilərə həssas olmamalıyıq.
- Tənhalığa qalib gəlmək üçün real olmayan üsullar əvəzinə bizi inkişaf etdirəcək fəaliyyətlər tapmalıyıq.
- Əgər içimizdəki duyğusal tənhalığın səbəbini bilmiriksə, bu zaman bir mütəxəssisdən kömək almalıyıq. Bu hal həyati bir qalıq və ya psixoloji bir problemin göstəricisi ola bilər", - deyə psixoloq Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri