Icma.az
close
up
RU
Tennessidə edam edilən məhkum ağrılar içində qışqıraraq can verdi

Tennessidə edam edilən məhkum ağrılar içində qışqıraraq can verdi

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Tennessi ştatında ölüm cəzasına məhkum olunmuş Bayron Blek edam zamanı ağrıdan qışqıraraq, əzablar içində dünyasını dəyişib. Səbəb isə onun bədənindəki defibrillyator cihazının söndürülməməsi olub.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.

69 yaşlı Blek sevgilisini və onun iki azyaşlı (6 və 9 yaşlı) qızını qətlə yetirdiyi üçün ölüm cəzasına məhkum edilmişdi. O, Neşvill şəhərində yerləşən Riverbend yüksək təhlükəsizlikli həbsxanada ölümcül inyeksiya vasitəsilə edam olunub.

Edamdan əvvəl aşağı instansiya məhkəməsi onun sinəsinə implant olunmuş kardiyoverter-defibrillyatorun (ürək fəaliyyətini tənzimləyən elektron cihaz) inyeksiya zamanı ağrıya səbəb ola biləcəyinə görə söndürülməsi barədə qərar versə də, bu qərar sonradan ləğv edilib.

Edam anında Blek "Ah, bu çox ağrıdır" deyərək qışqırıb və əllərini, sinəsini sıxaraq ağrı içində can verib. O, inyeksiya vurulana qədər heç bir söz deməyib. Ölümcül maddə bədəninə daxil olduqdan təxminən 10 dəqiqə sonra öldüyü elan olunub.

Vəkili Kelli Henri bildirib ki, aktiv olan cihaz inyeksiya zamanı onu dəfələrlə elektrik cərəyanı ilə vurub və bu, əzablı ölümə səbəb olub:

"Başını bir neçə dəfə qaldırması və ağrını ifadə etməsi preparatın lazımi effekti vermədiyini göstərir", - deyə vəkil qeyd edib.

Onun sözlərinə görə, Blek əlil arabasında olub, demensiya, beyin zədəsi, böyrək və ürək çatışmazlığı kimi ciddi xəstəliklərdən əziyyət çəkib.

Vəkil daha əvvəl Blekin əqli qüsurları səbəbindən edam edilməməsi üçün uğursuz cəhd göstərib. Birinci instansiya məhkəməsi defibrillyatorun deaktiv edilməsinə qərar versə də, ştatın Ali Məhkəməsi bu qərarı ləğv edərək aşağı instansiya hakimlərinin belə səlahiyyətə malik olmadığını açıqlayıb. Tennessidə qubernator Bill Li də məhkumu bağışlamayacağını bəyan edib.

Bayron Blekin edamı bu ilin may ayından bəri ştatda həyata keçirilən ikinci edam olub. O, bu il ABŞ-də edam edilən 28-ci şəxsdir ki, bu da son 10 ilin ən yüksək göstəricilərindən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Avqust 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see222

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see205

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see200

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see156

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see143

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see140

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see139

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see138

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see137

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see137

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see135

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see135

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see133

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see132

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see127

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see126

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see124

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see123

Türkiyədə mərc oyunları qalmaqalı 102 futbolçu...

13 Noyabr 2025 17:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri