Icma.az
close
up
RU
Tənzilə Rüstəmxanlı kişi kimi yanımızda və arxamızda oldu

Tənzilə Rüstəmxanlı kişi kimi yanımızda və arxamızda oldu

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlını 1992-ci ildən AMİP-in Binəqədi RT-nin ilk sədri olandan tanıyıram. Vətənpərvər, Millətinə bağlı, mübariz və sözünə bütöv xanımdır. Sonralar 2005-ci ildə "İrəvan" qəzetində Baş redakor vəzifəsində çalışarkən həmin qəzetə hərtərəfli dəstəyini əsirgəməyib. Halbuki həmin dönəmlər İrəvan, Qərbi Azərbaycan adı gələndə hətta əslən ordan olan yüksək rütbəli məmurlar təşfişə düşürdülər.
Prezident Administrasiyasının sabiq rəhbəri R.Mehdiyevin "qılıncının dalı-qabağı" kəsən vaxtları ona xoş gəlsin deyə mənə və təsisçi Köçəri Nağıbəyliyə müxtəlif xəbərdarlıqlar göndərirdilər ki, "İrəvan"ı bağlayaq. Belə izah edirdilər ki, biz başqa bir dövlətin paytaxtına və ərazisinə iddia edirik, bu , dövlət siyasətinə və ATƏT Minsk Qrupunun vasitəçiliyi ilə aparılan sülh prosesinə ziyan vurur.
Məhz həmin dönəmlərdə demək olar hər kəs yaxasını kənara çəkir, bizdən uzaq durmağa çalışırdı. Təzyiqlər və təqiblər gördük, maddi və mənəvi sıxıntılar çəkdik. Ancaq Tənzilə Rüstəmxanlı kişi kimi yanımızda və arxamızda oldu. Bacardığı qədər çalışdı ki, "İrəvan" adı yaşasın, cəmiyyətdə yayılsın. Bu gün də eyni xətti davam etdirir və bunu da bilirəm ki, təmənnasız edir. Niyə bunları yazdım? Məlum hadisələr zamanı Qərbi Azərbaycandan qaçıqn düşən, rüşvətxor və acgöz müdirinin qanunsuz tələbini icra edə bilmədiyinə görə işdən çıxarılan çoxdan tanıdığım, tez-tez üz-üzə gəldiyim, özünün və ailəsinin hörmətini saxladığım bir qadın hüquqlarının bərpa edilməsi və yenidən öz işinə qayıtması üçün döymədiyi qapı qalmamışdı. Qərbi Azərbaycan kökənli bəzi deputatlara da müraciət etmək istəsə də heç qəbuluna düşə bilməmişdi. Amma Millət Vəkili Tənzilə xanım həmin qadının müraciətinə diqqətlə yanaşıb, gərəkənləri edib, hər yerdən ümidi üzülən həmin qadının, ananın, qaçqının ümidlərini özünə qaytarıb.
Qərbi Azərbaycan adı ilə indi tədbirlər, konfranslar, simpoziumlar, təqdimatlar keçirməyə, kitablar yazmağa, pafoslu, bəlağətli danışmağa nə var ki? Cənab Prezident İ.Əliyev nə yaxşı ki, Qərbi Azərbaycan məsələsini diqqətə aldı, aktuallaşdırdı, dəstəyini ifadə etdi. Yoxsa bu konyukturalı məmurlar ordusunu Qərbi Azərbaycan məsələsi zərrə qədər də maraqlandırmırdı. Hazırkı vəziyyətdə də öz mənafeləri prizmasından çıxış edirlər. Lakin öz torpağına, elinə-obasına, haqqa, ədalətə bağlı olanların sayəsində başda Ali Baş Komandan olmaqla Qərbi Azərbaycana Böyük Qayıdış mümkün olacaq. Onlardan biri də məhz Tənzilə Rüstəmxanlıdır.
Əli Orucov, AMİP liderinin köməkçisi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 May 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri