Teo Ceyms COP29da iştirak etdi
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaxşı niyyət səfiri olan məşhur ingilis aktyor Teo Ceyms Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılıb.
Yeniavaz.com xəbər verir ki, aktyor BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) “İqlim fəaliyyəti üçün qaçqınlar” şəbəkəsinin təqdimat mərasimində iştirak edib.
Bu təşəbbüs məcburi köçkün icmalarının qlobal iqlim müzakirələrində səslərinin daha güclü eşidilməsi üçün nəzərdə tutulub.
Teo Ceyms çıxışında iqlim dəyişikliyinin təsirinə məruz qalan qaçqınlara daha böyük dəstək göstərilməsini və qaçqınların iqlim siyasətinə daxil edilməsini tələb edib.
Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan, lakin yetərli dəstək ala bilməyən qaçqınlar, məcburi köçkünlər və onlara ev sahibliyi edən icmalar üçün dəstək tələb etmək məqsədilə COP29-a qatılıb. UNHCR bu qrupların siyasi proseslərdə, maliyyə dəstəyində və həyati əhəmiyyətli qərarlarda təmsil olunmalarının onların haqqı və effektiv həll yolları üçün vacib olduğunu vurğulayıb.

Bu mövzuda digər xəbərlər:Teo Ceyms COP29da VİDEO
14 Noyabr 2024 22:13
Bakıda COP29da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir?
15 Noyabr 2024 12:45
Teo Ceyms Azərbaycandan danışdı
20 Dekabr 2024 15:17
Bakıda COP29da iştirak edən məşhur ingilis aktyor Teo Ceyms kimdir? Xəbər saytı Son xəbərlər və Hadisələr
15 Noyabr 2024 11:57
Baxış sayı:121
Bu xəbər 14 Noyabr 2024 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















