Icma.az
close
up
RU
Teodoros Rusopulos, Maykl O’Flaherti...

Teodoros Rusopulos, Maykl O’Flaherti...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Avropa Şurasının rəsmiləri Azərbaycana böhtan atmaq üçün növbəyə düzülüb

Son vaxtlar Avropa Şurasının (AŞ) bəzi nümayəndələri tərəfindən Azərbaycana qarşı qərəzli yanaşmaların sayı artmaqdadır. Belə mövqe ortaya qoyanlar beynəlxalq hüququ və ədalət prinsiplərini açıq şəkildə pozurlar. Avropa Şurasının rəsmi şəxsləri də “erməni sevgisi” naminə Avropa dəyərlərini tapdalayır.

Xatırladaq ki, aprelin ortalarında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos “Alpha News” mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana münasibətdə irqi ayrı-seçkilik, ölkə hakimiyyəti ilə bağlı böhtan və qərəzlə dolu fikirlər səsləndirmişdi. AŞPA rəhbəri müsahibədə qurumun qərəzli mövqeyinə haqq qazandırmağa çalışsa da, bunu bacarmayıb.

Komissarın bəyanatı yalan üzərində qurulub

Teodoros Rusopulosun ardınca Avropa Şurasının  insan hüquqları üzrə komissarı Maykl O’Flaherti də ölkəmizə qarşı yalan və qeyri-obyektiv fikirlər səsləndirib. Belə ki, aprelin 29-da O, Azərbaycan hökumətini insan hüquqları müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını “dərhal azad etməyə çağırıb”. Avropa Şurasının rəsmisi öz bəyanatında Azərbaycanda guya bəzi jurnalistlərin, insan haqları müdafiəçilərinin əsassız olaraq həbs olunduğunu iddia edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə AŞ-nin insan hüquqları üzrə komissarının ölkəmizdə aparılan bəzi istintaq işləri, habelə bu yaxınlarda verilmiş məhkəmə qərarları ilə bağlı səsləndirdiyi qəbuledilməz və əsassız bəyanatını rədd edib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə sözügedən bəyanatı Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə davam edən müdaxilə istiqamətində növbəti uğursuz cəhd adlandırıb. O bildirib ki, milli qanunvericiliyə, beynəlxalq öhdəliklərə uyğun olaraq Azərbaycanda insan hüquq və əsas azadlıqlarına təminat verilir və onlara tam hörmət edilir. Bununla yanaşı, sözügedən hüquq və azadlıqlar Azərbaycanın öz vəzifələrini yerinə yetirmək üçün müstəqil şəkildə fəaliyyət göstərən köklü məhkəmə institutları tərəfindən qorunur.

XİN: Maykl O’Flaherti diqqətini bəzi AŞ ölkələrində artan islamofobiyaya, siyasi təqiblərə və digər problemlərə yönəltsin

XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın öz suveren ərazilərində qanunun aliliyinə verdiyi təminat bəzi şəxslərə peşə fəaliyyətlərinə görə xüsusi imtiyazlar vermir, habelə onları ölkə qanunlarının tələblərinə əməl etməkdən azad etmir. Eyni zamanda, insan hüquqları üzrə komissarın bəyanatında adıçəkilən şəxslərə qarşı müvafiq qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlı ittiham irəli sürülüb, Cinayət-Prosessual Məcəlləyə ciddi riayət edilməklə müvafiq araşdırmalar aparılıb, onların məhkəmə qarşısında bütün hüquqları tam təmin edilib. A.Hacızadə  Avropa Şurasının insan hüquqları üzrə ali komissarını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, təzyiq göstərmək cəhdlərindən çəkinməyə çağıraraq vurğulayıb: “Maykl O’Flahertinin diqqətini bir sıra digər AŞ ölkələrində insan hüquqları sahəsində mövcud çoxsaylı sistematik problemlərə, artan islamofobiyaya, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı ləyaqəti alçaldan rəftara, siyasi təqiblərə, həbsxanalarda baş verən ölüm hallarına, Avropa institutlarında geniş yayılmış korrupsiyaya və s. fokuslanmağa çağırırıq”.

Azərbaycana qarşı “hücuma” keçən Avropa Şurasının fəaliyyətində insan haqları əsas yer tutmalı olsa da, Azərbaycan ötən dövrdə üzləşdiyi qaçqın-köçkün problemi ilə əlaqədar qurumdan ədalətli yanaşma görməyib. Təşkilat Ermənistanın 30 illik işğal siyasətinə qarşı heç bir addım atmayıb. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. AŞ nəinki Ermənistanı işğalçı siyasətini pisləmədi, əksinə, erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlara qərəzli qətnamələr, bəyanatlar  qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir.

Şvabenin “real müxalifət” dərdi

Görünən odur ki, Avropa Şurası  islamofob və türkəfob təfəkkürlü dairələrin düşərgəsidir. Bunu sübut edən faktlardan biri də 2024-cü il qış sessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməməsidir. Bu təşəbbüsü Almaniyanı təmsil edən, sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürüb və həmin təşəbbüs təsdiqlənib. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında əsassız olaraq “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”. Amma Azərbaycan bunu cavabsız qoymayıb və nümayəndə heyətimiz təşkilatdakı fəaliyyətini dayandırıb. Bugünlərdə isə Şvabe “Azadlıq” radiosuna müsahibəsində yenə də ölkəmizə qarşı hədyanlar səsləndirib.  O, müsahibəsində guya ölkəmizdə demokratiyanın olmadığını, seçkilərin şəffaf keçirilmədiyini deyib. Şvabe hətta Azərbaycan parlamentində real müxalifətin olmadığını da iddia edib. Maraqlıdır, o, “real müxalifət” deyərkən kimləri nəzərdə tutur? Əgər, müəyyən Qərb dairələrinə, antiazərbaycançı mərkəzlərə xidmət edən, o cümlədən AŞ-nin əlində alət olan şəxslərin təmsil olunduqları qrupları nəzərdə tutursa, ciddi yanılır. Çünki onların cəmiyyətimizdə reytinqləri sıfra bərabərdir. 

Şvabe kimilər anlamalıdırlar ki, Azərbaycan güclü dövlətdir və onunla təzyiq dili ilə danışmaq mümkün deyil. Əslində isə, Avropa Şurasının özü dərin böhran içərisindədir. Böhrandan çıxış yolu isə səhvləri etiraf edərək ədalətli, beynəlxalq hüquqa və Avropanın gerçək dəyərlərinə uyğun mövqe sərgiləməkdir.

Nardar  BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri