Icma.az
close
up
RU
Teokratik rejimin taxtı laxlayır İranda monarxiya bərpa edilir?

Teokratik rejimin taxtı laxlayır İranda monarxiya bərpa edilir?

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 28-dən etibarən İranda kütləvi iğtişaşlar davam edir. Daxili narazılıqlar fonunda ABŞ və İsrailin Tehrana ünvanladığı açıq və dolayı hərbi təhdidlər ölkədəki siyasi gərginliyi daha da dərinləşdirib. Bu proseslər fonunda mühacirətdə olan və Pəhləvi sülaləsinin varisi kimi tanınan Rza Pəhləvi yenidən aktivləşib.

Hazırkı iğtişaşlar molla rejiminin real şəkildə süqutuna gətirib çıxara bilərmi? Əgər molla rejimi devrilərsə və Rza Pəhləvinin rəhbərliyi ilə şah rejimi bərpa olunarsa, İranın idarəçilik modelində hansı əsas dəyişikliklər baş verə bilər və orda yaşayan soydaşlarımızın aqibəti necə olar?

Moderator.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Tehran özünü Yaxın Şərqi idarə edən güc mərkəzi kimi görür:

“İranın qurduğu proksi sistemi nə regional hegemonluq gətirdi, nə də ölkə daxilində rifah. Əksinə bu ideologiya sosial problem, iqtisadi tənəzzül və daxili qarşıdurmalar gətirdi. İranın regional strategiyası nəzarətə əsaslanır. Müxtəlif ölkələrdə silahlı və ideoloji strukturlar yaradıldı. Hizbullah, HƏMAS, Həşdi-Şabi qpupları İran üçün təhlükəsizlik məsələsi yox, ideoloji xəttə çevrildi. Bu imperiya xalqın hesabına qurulmuşdu. Bunlar sanksiyalar altında boğulan İran iqtisadiyyatı fonunda həyata keçirilirdi. Nəticədə İran cəmiyyətində narazılıq təkcə iqtisadi deyil, ideoloji xarakteri daşıdı. 12 günlük müharibə İran üçün ciddi dönüş nöqtəsi oldu. Bu qarşıdurma göstərdi ki, İran proksiləri əvvəlki gücə sahib deyil. Tehran regionda təşəbbüsü itirib. Bu, yoxsulluğun ifadəsidir. Xamenei artıq 88 yaşındadır və İran daxilində geniş qəbul olunur ki, ali rəhbərin siyasi proseslər üzərində real nəzarəti zəifləyib. Güc mərkəzləri arasında koordinasiya pozulub. Təhlükəsizlik və xarici siyasət üzərində real nəzarət SEPAH və ali rəhbər aparatının əlindədir. Prezidentin fəaliyyəti hər tərəfdən qırmızı xətlərlə məhdudlaşıb. İranın qarşısında bir yol var postxamenei mərhələsində dövləti xilas etməyə çalışmaq. Bu gün əsas sual budur: İran imperiya xəyallarından imtina edib öz xalqını seçə biləcəkmi? Mövcud durum İranın çoxsaylı etnik quruluşu fonunda daha da çətinləşir. Proksi müharibələrinə xərclənən milyardlar fonunda mərkəzdənqaçma meyilləri daha qabarıq görünməyə başlayıb”.

Politoloq qeyd edib ki, ən təhlükəli ssenari isə xarici proksi imperiyasının çökməsi və postxamenei dövründə mərkəzi hakimiyyətin zəifləməsidir:

“Bu fonda Pəhləvilərin ortaya siyasi iradə qoyma cəhdləri isə bu gün də davam edən etiraz aksiyalarında nəticəsiz olacaqdır. Düzdür bəzən şah rejiminə keçid tərəfdarlarının bu istiqamətdə müsbət reaksiyalarını eşitmək olur. Unutmayaq ki, İran əhalisinin 65%-I bu rejimin zamanında doğulanlardır və müasir həyatı arzulayırlar. Lakin unudurlar ki, trokratik rejimlə şah rejimi  bir medalın iki üzüdür. Əslində bu gün Pəhləvilərin hakimiyyətə dönüşü və monarxiyanın bərpası mümkün variant kimi görünmür. Şahın oğlunun etiraz çağırışları cəmiyyət tərəfindən cididyə alınmır. Bu vəziyyət onu göstərir ki, İranda mövcud teokratik rejimin dağılması monarxiyanın bərpası ilə nəticələnməyəcək”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri