Icma.az
close
up
RU
Təqsirləndirilən bank əməkdaşı barəsindəki bəraət hökmü ləğv edilib

Təqsirləndirilən bank əməkdaşı barəsindəki bəraət hökmü ləğv edilib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmanətlərin Sığortalanması Fondunun qaldırdığı mülki iddia işi üzrə sənədləri saxtalaşdıraraq məhkəməyə saxta sənədlər təqdim etməkdə təqsirləndirilən ləğv edilmiş "Amrahbank" ın əməkdaşı olmuş Quliyev Pərviz Tofiq oğlu barəsindəki bəraət ləğv edilib. SİA-nın məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.

Qərara əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin onun barəsində olan Cinayət Məcəlləsinin 294.1-ci (sübutları saxtalaşdırma, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə təqsirləndirilməsinə dair verilmiş bəraət qərarı dövlət ittihamçısının protesti əsasında ləğv edilib.

Həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib.

İttihama görə, "AmrahBank"ın əməkdaşı olmuş Pərviz Quliyev həmin bankdan kredit götürüb və kredit ödənişlərində gecikmələr olub. Bankın lisenziyası ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu ona qarşı mülki iddia qaldırıb. Həmin mülki iddiaya Xətai Rayon Məhkəməsində baxılıb. P. Quliyev iş üzrə məhkəməyə kreditin tam ödənilməsinə dair həmin bankdan tanışları vasitəsi ilə əldə etdiyi saxta sənədləri təqdim etməkdə təqsirli bilinib.

Həmçinin ittihamda qeyd olunub ki, o, bankın İdarə Heyətinin sədrinin imzasını saxtalaşdırıb.

O, ittiham üzrə özünü təqsirli hesab etməyərək bildirib ki, bankdan götürdüyü krediti tam ödəyib, lakin bankın lisenziyası ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu ona qarşı mülki iddia qaldırıb. P. Quliyevin sözlərinə görə, məhkəməyə təqdim etdiyi kredit ödənişlərinin tam ödənilməsinə dair sənədi bankdan əldə edib.

Prosesdə bankın idarə heyəti olmuş şəxs Almaniyada yaşadığı üçün video formatda ifadə verib. O deyib ki, təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi sənəd bankın qaydaları əsasında tərtib olunmayıb. Şahid əlavə edib ki, bankın möhürü işdə olarkən özündə olub. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi sənədə möhür başqa vaxt vurulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see227

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see211

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see211

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see173

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see160

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see158

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see139

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see139

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see138

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see134

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see134

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see129

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see129

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see128

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see127

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see125

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri