Ter Ştegen “Barselona” ilə müqaviləsindən bir avronu belə bağışlamayacaq
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın “Barselona” komandasının qapıçısı Mark-Andre Ter Ştegen klubla olan müqaviləsi ilə bağlı mövqeyini açıqlayıb.
İdman.Biz “Mundo Deportivo”ya istinadla xəbər verir ki, alman qolkiper mövcud müqaviləsindən heç bir maliyyə güzəşti etməyi planlaşdırmır.
Ter Ştegen hesab edir ki, klubun çətin dövründə artıq kifayət qədər dəstək göstərib, o, maaşını uzadıb və ödənişlərin bir hissəsini sonraya təxirə salıb.
Mənbənin yazdığına görə, qapıçı “Barselona”da yerini qorumaq və əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir. Bununla belə, klub ona hazırkı müqaviləsinə bənzər şərtlərlə yeni variant təklif edərsə, mümkün ayrılıq ehtimalını da istisna etmir.
Qeyd edək ki, Ter Ştegen uzun illərdir “Barselona”nın əsas qapıçısıdır və klubun ən yüksək maaş alan futbolçularından biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 Dekabr 2025 03:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















