Ter Ştegen yalnız bu şərtlə Barselona dan ayrılmağa hazırdır
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen gələcəyi ilə bağlı qərarını verib.
QOL.az xəbər verir ki, Diario Sport nəşrinin məlumatına görə, almaniyalı qolkiper qış transfer pəncərəsində Kataloniya təmsilçisini tərk etməyə hazırdır. 33 yaşlı futbolçu klub rəhbərliyinə Türkiyə, İngiltərə və ya İspaniyadan kənar digər çempionatlarda çıxış edən komandaya keçmək niyyətində olmadığını bildirib.
Məlumata görə, Ştegen İspaniyada yaşamağı planlaşdırdığı üçün karyerasını davam etdirmək baxımdan yeganə variant kimi “Jirona”ya icarə əsasında keçidi nəzərdən keçirir.
Qeyd edək ki, qapıçı 2014-cü ildə Mönhenqladbax "Borussiya"sından 12 milyon avro qarşılığında "Barselona"ya transfer olunub. Onun Kataloniya klubu ilə müqaviləsi 2028-ci il iyununa qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 31 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















