Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Icma.az bildirir, Dogru.az portalına istinadən.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.
Report.az xəbər verir ki,sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, Azərbaycan Televiziyasının aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində Regionşünaslıq və Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.
O, əmək fəaliyyətinə “Lider TV”də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə “ATV”, “GünAz TV” və “MTV” telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.
Xatırladaq ki, o, Azərbaycan Televiziyasında (“AzTV”) “Telesəhər” verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.
DOĞRU.AZ
Baxış sayı:115
Bu xəbər 01 Aprel 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















