Təranənin məhkəmə iclası yenə nəticəsiz qaldı KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prodüser Təranə Səmədovanın ötən gün növbəti məhkəməsi baş tutub.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaş danışıb.
O bildirib ki, iclas yenə də nəticəsiz qalıb:
“Ali Məhkmənin iclasında Təranə Səmədova da iştirak edib. Amma iclas nəticəsiz qaldı və 2 həftə sonra yenidən məsələyə baxılacaq. Lakin Təranədən əsər-əlamət qalmayıb, arıqlayıb. Peşimandır və azadlıq eşqi ilə alışıb-yanır.
Ona yaxınlaşıb söhbət etmək imkanımız olmadı. Ədalətli iclas idi. İnsan ümidsiz yaşaya bilməz. Suelin başını çiynimə qoyub göz yaşları ilə islatması ümid edirəm ki, hakimin gözündən yayınmayıb. Doğrudur, qanun göz yaşlarına güzəştə getmir. Amma 2 uşağın gələcəyinin nəzərə alınmasını çox istəyərdik. Ümid edirəm ki, 2 həftə sonra Ali Məhkəmədən gülə-gülə çıxacağıq və Təranə azadlıqda olacaq”.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il müddətində azadlıqdan məhrum edilib.
Baxış sayı:74
Bu xəbər 24 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















