Icma.az
close
up
RU
“Tərəflər hədəflərinə çatmayınca ABŞ İran qarşıdurmasında atəşkəs real görünmür...“

“Tərəflər hədəflərinə çatmayınca ABŞ İran qarşıdurmasında atəşkəs real görünmür...“

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Akif Nağı: “Müşahidələr göstərir ki, nə ABŞ, nə də İran geri çəkilməyə hazırdır...”

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı Moderator.az-a açıqlamasında bildirib ki, ABŞ-İran qarşıdurmasının əsasında tərəflərin strateji hədəfləri dayanır. Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. Bu məqsədlə İranın nüvə obyektlərinə zərbələr endirilir və eyni zamanda ölkədə ABŞ-yə uyğun siyasi rejimin formalaşdırılması hədəflənir. A.Nağı hesab edir ki, ABŞ bununla həm İranın enerji ehtiyatlarına nəzarət imkanlarını genişləndirmək, həm də Yaxın Şərqdə həyata keçirdiyi siyasəti İrana da tətbiq etmək istəyir.  Onun dediyinə görə, Ağ Ev Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi ilə bağlı müqaviləni də bu məqsədlərə çatmağın yolunu asanlaşdırmaqdan, İrana bir mesaj verməkdən ötrü imzaladı.

Partiya sədrinin fikrincə, ABŞ qlobal liderliyini qorumağa çalışır və İran bu məqsədə çatmaq yolunda əsas maneələrdən biridir. O bildirib ki, tərəflər qarşıya qoyduqları hədəflərə nail olmadıqca atəşkəsdən danışmaq real görünmür. 

Akif Nağı qeyd edib ki, İran nüvə proqramını davam etdirir və obyektlərini ən müasir silahların belə təsir imkanlarını azaltmaq üçün dərin yeraltı bunkerlərdə yerləşdirir. ABŞ isə bunun qarşısını almaq üçün yeni vasitələr axtarır. Onun sözlərinə görə, İranın nüvə dövlətinə çevrilməsi regionda qüvvələr balansını dəyişə və Hörmüz boğazına nəzarət imkanlarını artıraraq qlobal təhlükəsizliyə ciddi təsir göstərə bilər. Birləşmiş Ştatlar məhz bu prosesin qarşısını almaqla Hörmüzə də, bütövlükdə Yaxın Şərq regionuna da yalnız özü nəzarət etmək şəraitini yaratmağa səy göstərir.

Siyasi şərhçi bildirib ki, hazırda hərbi əməliyyatlar davam edir və müşahidələr ABŞ-nin resurslarının tükənmədiyini, İranın isə imkanlarının tədricən zəiflədiyini göstərir. O vurğulayıb ki, ABŞ-nin çoxsaylı müttəfiqləri olduğu halda, İranın açıq şəkildə yanında yer alan dövlət yoxdur. Çin və Rusiyanın dəstəyi əsasən simvolik xarakter daşıyır və onlar münaqişəyə birbaşa qoşulmurlar. İran isə daha çox “Hizbullah” və Yəməndəki husilər kimi müttəfiq şiə qüvvələrinə arxalanır. Lakin “Hizbullah”ın son hadisələrdən sonra əvvəlki gücünü itirdiyini düşünülür.

AzVP sədri qeyd edib ki, Bab əl-Məndəb və Hörmüz boğazlarının bağlanması dünya ticarəti və enerji daşımaları üçün ciddi problemlər yarada bilər. Bununla belə, belə addımlar həmin boğazlara nəzarət edən tərəflərin özlərinə(İran, Yəmən), d ağır iqtisadi zərər vuracağından bu variantın effektivliyi şübhəlidir. O, qeyd edib ki,  Səudiyyə Ərəbistanı xüsusən Bab əl-Məndəb  boğazının bağlanmasından əziyyət çəkə bilər. Və bu halda həmin ölkə boğazı bağlayan Yəmən husilərinə qarşı çox ciddi və genişmiqyaslı əməliyyata başlaya bilər ki, bu da husilərin varlığı üçün böyük problem yaranması demək olar. 

Akif Nağının qənaətincə, hazırkı mərhələdə nə ABŞ, nə də İran geri çəkilməyə hazır görünür və bu da qarşıdurmanın davam edəcəyi və hətta genişmiqyaslı müharibəyə çevriləcəyi ehtimalını yetərincə yüksəldir. 

Partiya sədri əlavə edib ki, ABŞ-də qarşıdan gələn aralıq seçkiləri və daxili siyasi proseslər Vaşinqtonun və birbaşa prezident Trampın qərarlarına müəyyən təsir göstərsə də, həlledici amil deyil. İranda isə hakimiyyət daxilində vəziyyət nisbətən sabit görünsə də, əslində müxtəlif qruplaşmalar arasında gizli-açıq gedən mübarizə, həmçinin ölkə daxilindəki ağır sosial-iqtisadi durum və bunun nəticəsində gözlənilən kütləvi etirazlar rejimin genişmiyaslı və həm də uzunmüddətli savaş aparmaq imkanlarını maksimum azaldır.

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 İyul 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri