Icma.az
close
up
RU
“Tərəqqi üçün ilk addım“: Tramp ilk dəfə “Sülh Şurası“nı toplayır“ “Axios“

“Tərəqqi üçün ilk addım“: Tramp ilk dəfə “Sülh Şurası“nı toplayır“ “Axios“

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"İlk iclas Vaşinqtonda, Qəzza üzrə yardımların toplanması məqsədilə keçiriləcək..."

ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında fəaliyyət göstərəcək "Sülh Şurası"nın ilk iclası fevralın 19-da Vaşinqtonda baş tutacaq. Bu görüş İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ səfəri zamanı keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat  yayıb.

İclasın məqsədi və vaxtı

Nəlumat da deyilir ki, iclas zamanı Qəzza üzrə atəşkəsin ikinci mərhələsinin ilkin nəticələri müzakirə olunacaq və anklavın bərpası üçün maliyyə toplama planları irəli sürüləcək. İlk iclas Amerika Sülh İnstitutunda keçiriləcək.

Hazırda "Sülh Şurası"na ABŞ prezidenti Trampın sədrlik etdiyi 27 ölkə daxildir. BMT Təhlükəsizlik Şurası yeni orqanı atəşkəsin yerinə yetirilməsini izləmək, yeni hökumətin formalaşdırılması və Qəzza bölgəsinin bərpası üzrə işləmək üçün səlahiyyətləndirib.

Təşkilat və beynəlxalq reaksiyalar

Trampın təşəbbüsü ilk olaraq skeptik qarşılansa da, bu günə qədər ABŞ-ın bir sıra müttəfiqləri şuraya qoşulub. Şuranın nizamnaməsi Trampa bütün qərarlara veto hüququ verir, bu da bəzi müttəfiqlərin təşəbbüsü BMT Təhlükəsizlik Şurasının alternativi kimi qiymətləndirməsinə səbəb olub. Tramp isə niyyətlərini belə şərh etməyib.

Fevralın 6-da Tramp administrasiyası dünya ölkələrinin liderləri ilə əlaqə saxlayaraq təşkilati və logistika məsələlərini müzakirəyə başlayıb. İsrail rəsmiləri bildirirlər ki, Netanyahunun fevralın 18-də Trampla Ağ Evdə görüşməsi planlaşdırılır. 

Əgər Netanyahu "Sülh Şurası"nın iclasında iştirak edərsə, bu onun 7 oktyabr və Qəzza müharibəsindən sonra ərəb və müsəlman liderləri ilə ilk açıq görüşü olacaq. Lakin iclas Ramazan ayının başlanğıcı ilə üst-üstə düşdüyündən, bəzi ölkələrin iştirakına təsir göstərə bilər.

Qəzza üzrə atəşkəs və bərpa işləri

Qəzza üzrə atəşkəsin ikinci mərhələsi çox ləng də olsa  həyata keçirilir. İsrail "Rafah" keçid məntəqəsini açıb, lakin yalnız çox məhdud sayda sakin keçə bilir. Yeni hökumət isə hələ ki, Qəzza xaricində, Misirdən fəaliyyət göstərir. ABŞ, Misir, Qətər və Türkiyə vasitəçilik edərək HƏMAS-la atəşkəs barədə razılığa gəlməyə çalışır.

İsrail bildirib ki, HƏMAS tərksilah edilməyincə və Qəzza bölgəsində demilitarizasiyadan keçməyincə qoşunlarını çıxarmayacaq və bərpa işlərinə icazə verməyəcək. Netanyahu Trampın planına skeptik yanaşır və son görüşdə HƏMAS-a tərksilah üçün 60 gün veriləcəyini, bundan sonra İsrailin əməliyyata davam edə biləcəyini söyləyib. ABŞ rəsmiləri isə prosesin daha uzun müddət alacağını bildirirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri