Icma.az
close
up
RU
Tərəzidə aldadan satıcıları HANSI CƏZA GÖZLƏYƏCƏK? 5 min manatdan 7 min manatadək...

Tərəzidə aldadan satıcıları HANSI CƏZA GÖZLƏYƏCƏK? 5 min manatdan 7 min manatadək...

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Müasir texnologiyalar nə qədər həyatımızın müxtəlif sahələrinə ayaq açsa da, hələ də tərəzidə aldatma kimi klassik satıcı “tələsi”nə düşmək mümkündür. Danılmaz faktdır ki, Azərbaycanın müxtəlif bölgələrində kütləvi bazarlarda qoyulan tərəzilər elektron olsa da, satıcılar tərəfindən müdaxiləyə məruz qalır.

Bəs görəsən birbaşa vətəndaşın cibinə girən, göz görə-görə vətəndaşları aldadan məhəllə satıcılarını belə olduğu halda hansı cəza gözləyir? 

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışdı. 

"İstehlakçıların hüquqlarının pozulması İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Belə ki,  istehlakçıların hüquqlarının pozulmasına, yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Burada “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Məbləğ 300 manatdan yuxarı olduqda isə bu, artıq cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

 Eyni əməllər, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə isə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddədə “xeyli miqdar” dedikdə, üç yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see662

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see182

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see159

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see157

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see154

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see152

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see149

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see147

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see145

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see145

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see144

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see141

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see141

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see139

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see137

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see135

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see132

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see130

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri