Icma.az
close
up
RU

Terim ilk oyunda uduzdu, Merih Dəmiral öz qapısına qol vurdu!

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda Fatih Terimin çalışdırdığı ''Əl-Şabab'' Merih Dəmiralın şərəfini qoruduğu ''Əl-Əhli''nin qonağı oldu.

''Football-plus.az'' xəbər verir ki, ''İmperator''un Səudiyyə Ərəbistanı çempionatındakı debütü uğurlu alınmadı. Meydan sahiblərinin artıq 44-cü saniyədə qol vurduqları qarşılaşmada ''Əl-Əhli'' 48-ci dəqiqədə 3:0 öndə idi. Qonaqların gücü yalnız fərqi minimuma endirməyə yetdi.
Maraqlıdı ki, Merih avtoqol müəllifi oldu. Terimin çempionatdakı debütündə Türkiyə yığmasının üzvünün öz qapısına qol vurması diqqət çəkdi. Amma istənilən halda ''Əl-Şabab'' 2:3 hesabı ilə uduzdu və komandanın çempionatda qələbəsiz seriyası 4 oyuna yüksəldi.
Xatırladaq ki, bu kollektiv ''İmperator''un başçılığı altında rəsmi olaraq ilk oyununu yanvarın 6-da keçirmiş və ölkə kubokunda ''Əl-Fayha''ya 2:1 qalib gəlmişdi. Bu dəfəki matçın ardından Merih Terimlə şəkil çəkdirərək öz ''instaqram'' səhifəsində paylaşdı. Oyunsonrası mətbuat konfransında isə Terim bunları dedi:

''Birinci dəqiqədə qol buraxdıqdan sonra oynamaq hər zaman çətin olur. Ümumiyyətlə ilk 60 dəqiqədə çox zəif təsir bağışladıq. Məşqçilik karyeramda mənim klublarımın ilk 60 dəqiqədə bu dərəcədə zəif oynamasını çoxdandı görməmişdim. Həmin müddətdə 3 yox, daha çox top buraxa bilərdik. Düzdü, son yarım saatda çox yaxşı oynadıq və hətta bərabərliyə də nail ola bilərdik. Bu gün həm fərdi, həm də komanda şəklində çox səhvlərə yol verdik. Üzərimizdə daha çox çalışmalıyıq. Oyunumuzu, psixologiyamızı, lazım gəlsə hətta oyunçularımızı da dəyişdirməyə ehtiyacımız var. Təbii ki yeni oyunçular gətirmək və komandanı gücləndirmək üçün rəhbərliklə tez-tez toplantılar keçiririk''.


ƏLİ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Yanvar 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri