Icma.az
close
up
RU
Terimin komandası yenə uduzdu

Terimin komandası yenə uduzdu

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fatih Terimin çalışdırdığı ''Əl-Şabab'' növbəti oyununu keçirib.

''Football-plus.az'' xəbər verir ki, Ər-Riyad təmsilçisi Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunda iddialı ''Əl-İttihad''ın qonağı olub. Loran Blanın çalışdırdığı və heyətində Benzema, Kante, Fabinyo, Berqveyn kimi ulduzların yer aldığı ''Əl-İttihad'' bu mövsüm ''Əl-Hilal'' ilə birlikdə çempionluğa əsas namizəd sayılır.
Elə turnir cədvəlinə də bu iki komanda başçılıq edir. Yəni Terimin komandası bu qarşılaşmada aşkar autsayder hesab olunurdu. ''Əl-Şabab'' pis təsir bağışlamasa da, güclü rəqibini büdrədə bilmədi. Meydan sahibləri Əbdürrəhman Əl-Obud və Benzemanın qolları ilə iki topluq üstünlük yaxaladılar. Qonaqların heyətində Arune Kamara fasilə ərəfəsində qollardan birinin əvəzini çıxdı. Amma komandanın bundan artığına gücü çatmadı. Terimin başçılığı altında çempionatda keçirdiyi 3-cü oyunda 2-ci məğlubiyyətlə üzləşən ''Əl-Şabab'' 16-cı turu 25 xalla 6-cı pillədə tamamladı.
Komanda növbəti tur öz meydanında ''Əl-Fayha'' ilə qarşılaşacaq. Oyunsonrası mətbuat konfransına Bolunun xizək mərkəzindəki oteldə baş verən yanğında dünyasını dəyişənlərə Allahdan rəhmət diləməklə başlayan ünlü mütəxəssis oyunla bağlı isə bunları dedi:

''Əl-İttihad''a qarşı səfərdə oynamaq asan deyil. Rəqibi təbrik edirəm. Qol vurduğumuz ana qədər heç də yaxşı oynamırdıq. Qolu vurduqdan sonra daha cəsur oynamağa başladıq. Biz baxımlı oynayan komandaya çevrilmək istəyirik. Qalib gəlsək də, məğlub olsaq da öz oyun prinsiplərimizdən vaz keçməməliyik. Bəzi əsas oyuncularımız yox idi. İştirak ərizəsinə bir neçə gənc oyunçu salmalı olduq. Amma belə şeylər bizim üçün bəhanə olmamalıdı. Bu gün şans verdiyim oyunçular əllərindən gələni etdilər. Apreldə kubok çərçivəsində yenidən bu stadiona səfərə gələcəyik. Ümid edirəm ki, həmin vaxt heyətimiz və seçim imkanlarımız daha geniş olacaq. Vaxt ötdükcə oyunumuzu gücləndirəcəyimizi düşünürəm''.


ƏLİ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri