Təriqət liderinin oğlu dəhşətli faktları açıqladı
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Keniyada 191 nəfərin ölümünə görə təqsirli bilinən təriqət lideri Pol Makkenzinin oğlu Dan Makkenzi kiçik bacı-qardaşlarının zorla ac saxlanıldığını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, BBC-nin məlumatına görə, 27 yaşlı Dan iki həftə əvvələ qədər beş kiçik bacı-qardaşı da daxil olmaqla səkkiz uşağa yemək verilmədiyini və onların oruc tutmağa məcbur edildiyini bildirib.
O, uşaqları xilas etmək üçün öz nənəsini polisə şikayət etdiyini deyib. Nəticədə uşaqlar nənəsinin evindən götürülərək mühafizə mərkəzinə yerləşdiriliblər. Dominos pizza
Dan özü də uşaqlıqda təriqətin təsirinə məruz qaldığını, 12 yaşında təxminən bir həftə ac qalmağa məcbur edildiyini və yeddi yaşında məktəbi tərk etdiyini söyləyib. Hazırda Malindi şəhərində motosiklet taksi sürücüsü işləyərək özünə və kiçik bacı-qardaşlarına baxır.
Qeyd edək ki, Pol Makkenzi Şakahola meşəsində 190 uşaq və bir böyük şəxsin aclıqdan ölümünə görə təqsirli bilinib. İş üzrə təriqətin daha 28 rəhbəri də qətl ittihamı ilə məhkum edilib. Makkenzi tərəfdarlarına İsa ilə görüşmək üçün özlərini və uşaqlarını ac saxlamağı əmr etməkdə ittiham olunurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Oktyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















