Icma.az
close
up
RU
Tərlan Həsənov: “Hidayət Heydərov dünya çempionatına daha ciddi hazırlaşmalıdır”

Tərlan Həsənov: “Hidayət Heydərov dünya çempionatına daha ciddi hazırlaşmalıdır”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) bu il Bakıda keçiriləcək dünya çempionatına daha ciddi hazırlamalıdır”.

Bu barədə əməkdar məşqçi Tərlan Həsənov məlumat verib.

Təcrübəli mütəxəssis olimpiya çempionunun Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında gümüş medal qazanması ilə bağlı fikirlərini bölüşüb.

“Hidayətin bu yarışda səhv etdiyini düşünmürəm. Dünya çempionatına daha ciddi hazırlaşmalıdır. Yavaş-yavaş formaya düşür. Gürcüstanda çempion da ola bilərdi. Finalada üz-üzə gəldiyi Laşa Şavdatuaşvili üçqat olimpiya mükafatçısıdır. Dünya və Avropa çempionatlarında da qızıl medal qazanıb. Gürcüstanın əfsanəvi idmançısıdır. Final görüşü bərabər səviyyədə keçirdi. Hidayət ondan zəif deyildi. Hücumlar da bərabərd səviyyədə oldu. Hətta yerdə, “nevaza”da Hidayət daha fəal idi. Nədənsə, hakimlər birinci və ikinci xəbərdarlığı cüdoçumuza verdilər. Buna baxmayaraq, hücumda fəal idi. Hesab edirəm ki, “qızıl xal” bölümündə hər ikisində iki xəbərdarlıq olmalı idi. Amma Hidayətə üçüncü verildi. Hidayət həmişə rəqibi yormaq istəyir. Fənd ata bilməyəndə, üçüncü xəbərlığı rəqibə aldırmaq istəyir. Burada belə olmadı. Onun taktikasını hakimlər pozdular. Hidayət beşinci dəfə Avropa çempionu olacağına söz vermişdi”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

T.Həsənov bürünc medal qazanan Turan Bayramovun (66 kq) çox yaxşı güləşdiyini bildirib:

“Rusiya təmsilçisi ilə dueldə öndə olsa da, xırda səhvə yol verdi. Daha əvvəl 60 kq-da mübarizə aparıb. Bu çəkidə, demək olar ki, ikinci yarışı idi. Onun da bürünc medalını yüksək qiymətləndirirəm. Əhməd Yusifov (60 kq) bürünc medal görüşündə Balabəy Ağayevi məğlub edərək üçüncü yeri tutdu. Məncə, Balabəy Giorgi Sardalaşvili (Gürcüstan) ilə dueldə fənd atmaq istəyəndə rəqib yıxılandan sonra ayağını ilişdirdi. Gürcü idmançıya qələbə verdilər. Məncə, burada da insafsızlıq oldu. Yoxsa iki qızıl medal qazana bilərdik. Zelim Kotsoyev (100 kq) Simeon Katarina (Niderland) ilə bərabər səviyyədə güləşirdi. Rəqibi saxlamaq istəyəndə qolu qatlandı. Zelim onun qolunu buraxmadı, o vəziyyətə görə ona “hansoku-make” verdilər ki, qolu sına bilər. Bunu hakimin səhvi hesab etmirəm. Hidayətin final görüşündə də rəqib qola təzyiq etmişdi. Amma xəbərdarlıq almamışdı. Belə epizodlar oldu. Yarış Gürcüstanda keçirildi, onların idmançıları həqiqətən çox güclüdürlər. Bu o demək deyil ki, onlara qalib gələ bilmirik. Daha əvvəl müxtəlif yarışlarda onları üstələmişik. Hidayət Heydərov dəfələrlə finalda uduzduğu rəqibinə qalib gəlib”.

Əməkdar məşqçi cüdonun Gürcüstanda populyar olduğunu sözlərinə əlavə edib:

“Onların kişi cüdoçuları Yaponiya təmsilçiləri ilə ayaqlaşırlar. Bu ölkədə çidaoba milli güləş növü var. Cüdoya yaxın güləşdir. Gürcüstanın hər kiçik kəndində uşaqlar bununla məşğul olur və daha sonra cüdoya keçirlər. Mən əsgərlikdə olan görmüşdüm, idmançı olmasalar belə, hamısı güləşməyi bacarırdı. Bütün dünya bilir ki, cüdo Gürcüstanda çox populyardır. Avropa çempionatının medal görüşlərində tribunlar dolu idi. Müxtəlif kəndlərdən belə gələnlər var idi. Bakıda dünya çempionatı olanda rayondan çox az adam gəlir. Əksəriyyəti paytaxtda yaşayanlardır. Tbilisidə isə gənclərlə birlikdə yaşlılar da gəlmişdi”.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatını dörd medalla başa vurub. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Aprel 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri