Icma.az
close
up
RU
TerPetrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq Politoloq

TerPetrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq Politoloq

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Levon Ter-Petrosyanın 1993-cü il çıxışının məhz indi ortaya çıxması Azərbaycan üçün çox vacibdir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün yayılan videosunda səsləndirdiyi şovinist fikirlərini şərh edərkən deyib.

"Azərbaycanı irqi ayrı-seçkilikdə, etnik təmizləmədə günahlandıran Ermənistanın keçmiş prezidenti bəyan edir ki, ölkəsində azərbaycanlılara nifrət bəsləyiblər, onlar zorakılıqla Ermənistan və Qarabağdan köçürülüblər. Yəni Ter-Petrosyan Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə apardığını etiraf etməklə yanaşı, bunu həm də ölkəsinin böyük uğuru kimi təqdim edib", deyə Abutalıb Səmədov bildirib.

Ekspertin fikrincə, belə bir çıxışın ortaya çıxması Azərbaycanın beynəlxalq məhkəmələrdə mövqeyini xeyli gücləndirəcək:

"Ter-Petrosyanın həmin çıxışı beynəlxalq məhkəmədə ölkəmiz üçün güclü sübutlardan biri olacaq. Həmçinin, Azərbaycan vətəndaşları son 30-35 ildə hansı yolu keçdiyimizi daha yaxşı anlayacaq. Yaddaşlarımız təzələnəcək. 2018-ci ilə qədər dünyanın bütün böyük gücləri Ermənistanın yanında oldu. Yalnız həmin dövrdən başlayaraq Rusiyanı digər böyük güclərdən ayırmaq mümkün oldu və bu ölkəmizin böyük uğurudur".


Abutalıb Səmədov düşünür ki, Ter-Petrosyanın həmin çıxışının ortaya çıxması mövcud Ermənistan hakimiyyətinin əli ilə baş verib:

"Paşinyan bütün günahları özündən əvvəlki prezidentlərin üzərinə atmaq istəyir. Onları debata da çağırıb. Bu fonda Ter-Petrosyanın həmin çıxışının üzə çıxması ona müsbət mənada xidmət edirsə də, digər tərəfdən Ermənistana ciddi ziyan vura bilər. Ter-Petrosyana ona görə xidmət edə bilər ki, Ermənistan cəmiyyəti də bu cür xəstədir. Ancaq bütövlükdə bu çıxışın ortaya çıxması Ermənistana ciddi zərbədir və bundan istifadə etməliyik". 

Qeyd edək ki, videobloqer Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Ter-Petrosyan çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladaraq, onların öz ata-baba yurdlarından zorakılıqla qovulmasına haqq qazandırıb:

"Təsəvvür edin ki, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı, biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən, digər torpaqlar ermənilərin əlindədir". 

Ter-Petrosyan həmin çıxışı ilə onu da etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri