Icma.az
close
up
RU
TerPetrosyanın Qərbi Azərbaycan ETİRAFI: İrəvan çətin vəziyyətə düşdü

TerPetrosyanın Qərbi Azərbaycan ETİRAFI: İrəvan çətin vəziyyətə düşdü

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Qərbi Azərbaycandan qovulması ilə bağlı dedikləri deportasiya faktının bunun həyata keçirilməsinə rəhbərlik edən şəxs tərəfindən etiraf edilməsidir. 1993-cü ilin 23 iyulunda “Yerkrapa” terrorçularının qarşısında çıxış edən Petrosyan etiraf edir ki, azərbaycanlıları qovmasaydılar, Ermənistan dövləti olmayacaqdı. Və əlavə edir ki, azərbaycanlılar Basarkeçərdə, Zəngibasarda, Amasiyada, Zəngəzur mahalında böyük üstünlük təşkil edirdi.
“Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi”, - o etiraf edir.

Bu etiraf hər şeydən öncə Ermənistanın mövcud hakimiyyətini çətin vəziyyətə qoyur. Rəsmi İrəvan iki məsələdə israrlı mövqe sərgiləyir:
- Sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə demarasiya edilməsi;
- Deportasiya edilmiş azərbaycanlı qaçqınların qayıdışının qarşısını almaq;
Hər iki məsələ Qərbi Azərbaycan coğrafiyası ilə bağlıdır. İrəvan anlayır ki, sərhəd demarkasiya edilmədiyi müddətdə Ermənistanın hazıri əraziləri üzərində legitimlik problem olaraq qalacaq. Üstəlik azərbaycanlıların qayıdış hüququ SSRİ dövründə ermənilərə “bağışlanmış” əraziləri daim aktual olaraq saxlayır. İrəvanda hesab edirlər ki, azərbaycanlılar geri qayıdarsa, bu ərazilərin, xüsusilə Zəngəzur-Göyçə bölgəsinin Azərbaycana birləşdirilməsi, ən azı Ermənistandan ayrılması baş verə bilər. Rəsmi Bakının, eləcə də Qərbi Azərbaycan İcmasının belə bir iddiası yoxdur, hərçənd, ermənilərin qorxuları yaşadıqları ərazilərin onlara məxsus olmadığı reallığını anlamasından qaynaqlanır. Buna görə Paşinyan rəsmi Bakının ən yüksək səviyyədə irəli sürdüyü azərbaycanlıların öz evinə qayıdışı tələbindən müxtəlif bəhanələrlə imtina etməyə çalışır: bunu gah “ərazi iddiası” adlandırır, gah azərbaycanlıların deportasiya edilmədiyini deyir;
Ter-Petrosyanın yayılan etirafı Paşinyan hakimiyyətinin iddialarının Ermənistanda təkzib edilməsi deməkdir və danışıqlarda İrəvanın mövqelərini ciddi şəkildə zəiflədir.
Ter-Petrosyanın etirafı azərbaycanlı qaçqınların Cenevrə Konvensiyasına əsasən qayıdış hüququnun təmin edilməsində rəsmi Bakı tərəfindən əsaslı arqumentlərdən biri kimi istifadə edilə bilər.
Asif Nərimanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://publika.az
archiveBu xəbər 06 Yanvar 2025 01:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see242

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see229

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see217

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see158

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see156

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see153

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri