Icma.az
close
up
RU
Terror, pilot səhvi... Hindistan tarixinin 6 ən böyük təyyarə qəzası

Terror, pilot səhvi... Hindistan tarixinin 6 ən böyük təyyarə qəzası

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Əhmədabadda qəzaya uğrayan "Air India" təyyarəsinin göyərtəsində 242 sərnişin və ekipaj üzvü olub. Onlardan neçəsinin öldüyü və neçəsinin sağ qaldığı barədə rəsmi məlumat açıqlanmayıb, lakin rəqəmlər sərnişinlərin sayı ilə məhdudlaşarsa, bu, "Air India" tarixində ikinci ən böyük qəza olacaq. 

"Unikal" xatırladır ki, "Air India" tarixində 1978-ci ildən indiyə qədər bugünkü hadisə də daxil olmaqla altı böyük qəza olub. 

"Air India" - 1978:

1 yanvar 1978-ci ildə "Air India" aviaşirkətinə məxsus "Boeing 747" havaya qalxdıqdan bir neçə dəqiqə sonra alət nasazlığı və pilot səhvi səbəbindən Mumbay yaxınlığında Ərəb dənizinə düşüb. Bütün 213 sərnişin və ekipaj həlak olub.

"Air India" - 1985 - Kanişka təyyarəsinin qəzası: 

23 iyun 1985-ci ildə "Air India" 182 reysi İrlandiya sahillərində Atlantik okeanında partladıldı. Bu, Xalistan tərəfdarları tərəfindən həyata keçirilən terror aktı idi. Bu hadisədə əksəriyyəti Hindistan əsilli Kanada vətəndaşları olmaqla 329 nəfər ölüb. Bu, Hindistanın ən ölümcül təyyarə qəzası hesab olunur.

"Air India" - 1990:

14 fevral 1990-cı ildə "Airbus A320" təyyarəsi Banqalorda eniş edərkən uçuş-enmə zolağından aşaraq yanıb.

Bu qəza pilotun səhvi və texniki nasazlıq səbəbindən baş verib. Nəticədə 92 nəfər həlak olub.

"Air India Express" - 2010:

22 may 2010-cu ildə Dubaydan Manqalora qayıdan "Air India Express" aviaşirkətinə məxsus "Boeing 737-800" təyyarəsi eniş zamanı uçuş-enmə zolağından sürüşərək qəzaya uğrayıb. Qəza nəticəsində 158 nəfər həlak olub.

Pilotların yorğunluğu və uçuş-enmə zolağının çökməsi əsas səbəblər olub.

"Air India Express" - 2020:

7 avqust 2020-ci ildə Dubaydan Keraladakı Kozhikode hava limanına qayıdan təyyarə güclü yağış zamanı eniş edərkən uçuş-enmə zolağından çıxaraq iki hissəyə bölünüb. Bu qəzada 21 nəfər həyatını itirib.

Bu uçuş Vande Bharat Missiyası çərçivəsində həyata keçirilirdi.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 İyun 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri