Terror təşkilatı yaradanlara 14 ilədək həbs təklif olunur
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cinayət Məcəlləsinə terrorla bağlı yeni maddənin əlavə edilməsi təklif olunur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinə 214-4-cü maddə əlavə edilir. Bu maddə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyətini müəyyən edir.
Belə ki, terror təşkilatı yaratma və ya ona, eləcə də struktur bölmələrinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etməyə görə isə 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Layihədə qeyd olunur ki, terror təşkilatının fəaliyyətində iştirak edən şəxs vaxtında hüquq-mühafizə orqanlarına məlumat verərək cinayətlərin qarşısının alınmasına və digər iştirakçıların ifşasına yardım edərsə və onun əməlində başqa cinayət tərkibi olmazsa, cinayət məsuliyyətindən azad edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 03 Aprel 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















