Terror və təxribatla bağlı qanunlar sərtləşdirildi DTX ARAŞDIRACAQ
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanun təsdiq edilib.
Moderator.az xəbər verir ki, dəyişikliklərə görə, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunub. Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir.
Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci (təxribat) maddəsinin yeni redaksiyası müəyyən edilib. Belə ki, artıq süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə etməklə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulmasına yönəlmiş əməllər də xüsusilə ağır cinayət olaraq təxribat cinayətləri hesab olunacaq.
Eləcə də, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə müxtəlif üsullarla törədilmiş digər əməllər də təxribat hesab olunacaq.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 08.05.2026-cı il tarixli Fərmanı ilə sadalanan cinayətlərə görə ibtidai araşdırma aparmaq səlahiyyətinin Dövlət Təhlükəsizliyi Xidmətinə aid olduğu müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 08 May 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















