Icma.az
close
up
RU
Terrorçu daşnak, qatil Tayqulaq Andranikin doğum gününə...

Terrorçu daşnak, qatil Tayqulaq Andranikin doğum gününə...

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər millətin tarixi qəhrəmanları var. Və hər xalq da onlarla fəxr edir, həmin qəhrəmanlara müxtəlif şeirlər, poemalar yazırlar. Həmin qəhrəmanlar sayəsində bütöv bir xalqın tarixi dəyərlərini xarakterizə etmək olar. Hər xalqın qəhrəmanı da öz xalqına bənzəyir.
Bu gün ermənilərin qəhrəmanı, sağ qulağının kəsilməsilə tarixə düşən, bəşəriyyətin" kaş heç doğulmayaydın" dediyi məşhur Andronik Ozonyanın anadan olduğu  gündür. Biz də bu münasibətlə general geyimli terrorçu erməniyə ürəyimizin ən dərin guşəsindən gələn  və “lənətlərimizi” çatdırmağı özümüzə borc bilirik.


Adalet.az xəbər verir ki, 25 fevral 1865-ci ildə Osmanlı imperiyasında Karahisar şəhərində anadan olub. Bir müddət "Hnçak" partiyasının, sonra isə "Daşnaksütunun" üzvü olub. Xallq arasında "tayqulaqlı Andranik" deyirlər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçır. Bir müddət Qafqazda olur, sonra isə Avropaya yollanır. 1907-ci ildə Bolqarıstanda, Daşnaksütunun IV qurultayında iştirak edir.


Andranikin quldurlarının vəhşiliyi barədə erməni tarixçisi A.Lalayan bunları yazır:


"Andranikin başçılıq etdiyi daşnak dəstələri, türk kəndlilərinin uşaqların, qadınların və qocaların qətli zamanı "böyük sücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində, sağ adamlar qalmırdı, onlar insan qalıqları ilə dolu, xarabalığa çevrilirdi". Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır.

1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda bir çox azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir, kəndləri talan edir. Rəsmi məlumatlara görə bu dövrdə 115 azərbaycan kəndi dağıdılmış, 10 mindən artıq əhalisi qətlə yetirilmiş, əmlakları talan edilmişdir. 1919-cu ilin aprelində Andranik Eçmiadzinə gəlir, burada o dəstəsinin böyük hissəsini sərbəst buraxır, bir hissəsini isə özü ilə mühacirətə aparır. Birinci Dünya Müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışını elan edir”.
Bu ermənilərin qəhrəmanının görünən və türk düşmənliyi tərəfidir. Amma dünya ermənilər kimi Andraniki qəhrəman hesab etmirdi. Andranikin digər yönlərini 3 il əvvəl yazdığım məqalədə ətraflı göstərmişdim.


"Mademuazel”, "ehtiraslı qadın” , nəhayət tayqulaq Andranik...


Ermənilərin "paşa” adlandırdıqları Andranikin "ehtiraslı qadın olmaq” istəyi və nakam məhəbbəti bir çoxlarına aşikardır, olmayanlar varsa da, artıq xəbərdar olacaqlar. Belə ki, 1891-ci ildə "Hnçak” Partiyasına qoşulan Andranik Ozanyan İstanbuldakı "Lodos” meyxanasında içib iki yunan gənclə səhərədək sevişdiyi üçün partiyadan qovulmuşdu.

O biabırçı olaydan sonra partiya üzvləri Ozanyanı "mademuazel Andranik” adlandırmışdılar. İstanbul daşnaklarının liderlərindən olan Masis Tovjyan isə deyirdi:"Beləsinin üzünə tüpürmək belə, istəmirəm. Andranik Ozanyan çox əxlaqsız, sürtük bir insandı. Uşaqbazlığını, kişilərlə yatağa girib "ehtiraslı qadın” olmaq istədiyini gizlətməyən dəyyusdur o!”.

Andranikin paşa adlandırılmasının tarixçəsi də onun nakam məhəbbəti ilə bağlıdır. 1895-ci ildə Qarsdan Samsuna yollanaraq Axbur Serob adlı erməni qiyamçısının dəstəsinə qoşulan Andranik elə ilk gecəni Serobun çadırında keçirir. Səhəri gün 4 nəfər güllələnir. Onlar Serobla Andranikin gecə eyş-işrətini görmüş mühafizəçilər idi.

1900-cu ildə kürd ağa Bşare Xəlil erməni Serobu tələyə salıb başını kəsir. "Sevgilisi”nin öldürüldüyünü eşidən Andranikin üç gün-üç gecə ağladığı deyilir. Serobun öldürülməsindən 8 ay sonra Andranik dəstəsi ilə Xəlil ağanın kəndinə girir. Kürd ağanı və onun 17 mühafizəçisini öldürürür. Beləliklə, Andranik həmcins sevgilisi Serobun qısasını alır.

Məhz bu olaydan sonra ermənilər Andranikə "paşa” deməyə başlayırlar. Andranik ABŞ-da son günlərini yaşarkən, onun qulluqçularından biri olan Repsime Yanusyan bu adamın ömrünün son günlərinədək hər gecə yatarkən qadın tumanı geyməsi barədə xatirələrini bugün də ermənilər gizliliklə qoruyur”.

Andranikin qulağının Osmanlı dövlətinə xəyanətə görə türk paşalardan Zabux dərəsində birinin kəsdiyi bildirilir. Ozanyanın quldurlarına ən böyük zərbəni isə 1919-cu ilin yazında Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun tapşırığı və planı əsasında qardaşı, xalq qəhrəmanı Sultan bəy Sultanovun başçılıq etdiyi dəstə vurub.

Azərbaycanın Zəngəzur qəzasından olan igid oğulun ağıllı taktikası sayəsində Qaragöl ətrafında 600 erməni quldur əsir alınmışdı. Həmin əməliyyat zamanı xeyli kənd ermənilərdən təmizlənmişdi. Bu minvalla 1919-cu ilin aprelində Andranikin qruplaşmasından əsər-əlamət qalmamışdı.

Əvvəlcə Fransaya, sonra isə ABŞ-a qaçan Ozanyan 1927-ci il 31 avqustda okeanın o tayında Fresno şəhərində gəbərib.

Əntiqə Rəşid

(Yazarın arxivi)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri