Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

İran rejimi legitimliyini itirir ŞƏRH

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Tərtər, Bərdə və Ağdam rayonlarında 100 ə qədər üzvü olan banda fəaliyyət göstərib...

Tərtər, Bərdə və Ağdam rayonlarında 100 ə qədər üzvü olan banda fəaliyyət göstərib...

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beriyanın da imzaladığı sənədlə Azərbaycan-İran sərhədində bir Türkiyə casusu həbs edilməli idi...

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
“İstintaq materiallarından...

(Əvvəli burada:)

“Şahid Aksyanov-Şerbitkski Serqey Mixayloviç: 

Sual: 

Bandit Məmməd Qazanpapaq və Hüseynov Bəbir Azərbaycan Fövqəladə Komissiyasının (DTK-nın sələfi-S.L.) binasında hansı şəraitdə öldürülüb? 

Cavab: 

-1920-ci ildə Aşağı Qarabağ rayonlarında Qazanpapağın böyük bir bandası fəaliyyət göstərirdi. Həmin bandanın 100-ə yaxın üzvü var idi. Həmin banda Tərtər, Bərdə və Ağdam rayonlarında fəaliyyət göstərirdi. 

Ağdamın milis rəisi Şamil Mirzəyev idi. Onun atası Camal Ağdam rayonunun iri mülkədarlarından sayılırdı. Mənə məlumdur ki, Bağırov Mirzəyevlər ailəsilə yaxın münasibətdə idi. O, tez-tez Ağdama gedir, Mirzəyevlərə baş çəkirdi... 

Şamil Mirzəyev bandit Qazanpapaqla əlaqə saxlayırmış. Nəticədə Qazanpapaq Mirzəyev vasitəsilə üzə çıxarılmışdı. Qazanpapaq üzə çıxandan sonra “ÇK” orqanlarının əməkdaşlarından hansı birisi onunla görüşübmüş, ondan xəbərim yoxdur. Ancaq onu bilirəm ki, Qazanpapaq Bağırovun göstərişi ilə üzə çıxarılmışdı. Bu, təqribən 1921-22-ci illərdə baş vermişdi... 

1924-cü ilin sonlarında Azərbaycan Baş Siyasi İdarəsinin məxfi əməliyyat hissəsinin müdiri Nikolayev Astaraya sərhəd dəstəsinin 44-cü sahəsinə gedib bir vaxtlar Bakıda meydan sulayan banditlərdən kimin İranda olduğunu müəyyənləşdirmək və Bəbir Hüseynovla görüşmək barədə Bağırovun tapşırığını mənə çatdırdı. Nikolayev onu da bildirdi ki, Bəbir Hüseynov Şamaxıda türmə rəisi, ya da milis rəisi işləyərkən əskiyi çıxıb, ona görə də İrana qaçıb... 

Bundan əlavə, Nikolayev mənə dedi ki, Bəbir Hüseynov Lənkəran sərhəd dəstəsinin 44-cü sahəsində sərhədi keçməlidir, elə o vaxt onu tutmaq lazımdır. O, həm də xəbərdarlıq elədi ki, B.Hüseynov sərhədi Astara rayonunda keçməlidir. Nikolayev bu məlumatları haradan almışdı, mən bilmirəm. Bəbir Hüseynov sərhəddi nə məqsədlə keçirdi, onu da bilmirəm. 

Nikolayevin göstərişini alan kimi Lənkərana getdim. Lənkəranda rayon şöbəsi ilə əlaqəyə girib oradan Silyayevi köməkçi götürdüm. 

Silyayevlə Astaraya getdik. Astara sərhəd komendaturasının rəisi ilə əlaqəyə girib Bəbir Hüseynovu tutmaqda bizə köməklik göstərməsini xahiş etdik... 

Astara rayon icraiyyə komitəsinin sədri ilə görüşdüm. O bizə “öz adamları” vasitəsilə Bəbir Hüseynovun harada olduğunu və sərhədi haradan keçməyini öyrənməyə söz verdi... 

Bir müddət sonra o, bizə Bəbirin sərhədi Astaradan 30 km qərb istiqamətində keçmək istədiyini bildirdi. Sədrin sözlərindən məlum oldu ki, bu məlumatı “öz adamları”ndan alıb... 

Sual: 

-Bəbir Hüseynovun işi barədə Pankratovun imzaladığı məktub qarşınızdadır. Həmin məktubun aşağı sol küncündə Suxanova ünvanlanmış dərkənar kimindir?

 Cavab: 

-Həmin dərkənar mənimdir... 

Sual: 

-Həmin məktubun məzmunundan belə məlum olur ki, Bəbir Hüseynovun İrandan Azərbaycana gəlməsi “ÇK”-nın razılığı ilə olub. Bu barədə Bəbir Ənzəlidəki rezident vasitəsilə “ÇK” orqanları tərəfindən xəbərdar olunubmuş. Bu, doğrudur? 

Cavab: 

-Bəli, doğrudur. 

Sual: 

-Bundan əvvəlki istintaqda siz Bəbir Hüseynovun rezident vasitəsilə “ÇK” orqanları ilə əlaqəsindən xəbərsiz olduğunu söyləmişdiniz. Lakin məktubdakı dərkənarınız Bəbir Hüseynovun “ÇK” orqanları ilə əlaqəsindən xəbərdar olduğunuzu sübut edir... 

Cavab: 

-Bəli, sənəddən görünür ki, mənim bu işdən xəbərim var imiş. Ancaq indi mən onu xatırlamıram.

Sual: 

-Sizə Azərbaycan “ÇK”-sına Mokilyovski, Beriya, Lordkipanidze və Qulbisin imzaladığı məktub təqdim olunur: 

“Məlumat və müvafiq tədbirlər görmək üçün bildiririk ki, 24 sentyabrda Ənzəlidən rezidentimiz vasitəsilə Azərbaycana sizə məlum olan Hüseynov Bəbir istintaq üçün göndərilir. O, gizli gəlir, rezidentimizin göstərişinə müvafiq olaraq Lənkəran qəzasının Razqov kəndindən keçəçək, lazım gələrsə, Sekan Rəhimova müraciət edəcək. Bəbirlə birgə bir türk casusu və bir bandit də gəlir. Onları Bəbir məxfi yolla “ÇK”-ya təhvil verməlidir”. 

Bəbir Hüseynov sizə türk casusnu və banditi təhvil verdi? 

Cavab: 

-Yox, Bəbir Hüseynov bizə yalnız türk casusunu təhvil verdi. Məktubda göstərilən banditi isə gətirib çıxarmamışdı. Səbəbini bilmirəm. Həmin türk casusu barədə mənim məlumatım yox idi… 

Sual: 

-Bəbirovun cinayət işində onun həbsdən azad edilməsi barədə prokurorun 1923-cü ildə göstərişi var. Deyin görək, niyə bu göstərişə əməl olunmayıb və Bəbir Hüseynov türmədə saxlanılmaqda davam edib?.. 

Cavab: 

-Mən bunu bilmirəm. 

Sual: 

-Bəbir Hüseynovun güllələnməyinin zəruri olduğu barədə sizin, Bağırovun və Azərbaycan “ÇK”sının digər əməkdaşlarının imzaladığı qərarda deyilirdi: “Müttəhim Bəbir Hüseynovun xidməti cinayətlərdə günahkar oldğunu müəyyənləşdirmək mümkün olmadı. Çünki məhkəmə orqanları tərəfindən bu iş üzrə ustuntaq müttəhim həbsdən qaçdığı üçün dayandırılmışdı. Bəbirin həbsdən qaçması və eləcə də banditizmlə məşğul olması istintaq tərəfindən sübut olunub. Bəbir Hüseynovsa şəxsən özünün heç bir cinayətdə əli olmadığını, bütün bunların dostları tərəfindən törədildiyini bildirir.

Yuxarıdakıları nəzərə alaraq belə hesab edirəm ki, Bəbir Hüseynovun günahı istintaq tərəfindən sübut olunur. Odur ki, güman edirəm, vətəndaş Hüseynov Bəbir ən yüksək cəzaya- güllələnməyə məhkum edilməlidir”. Deyin görək bu qərar nə vaxt və kim tərəfindən tərtib olunub? 

Cavab: 

-Bu qərar Bağırovun göstərişi ilə Bəbir Hüseynov FK binasında öldürüləndən sonra əvvəlki tarixlə tərtib olunmuşdu. Mən qərarı tərtib etsəm də, işlə tanış olmamışam. Bəbir Hüseynov konkret olaraq nədə günahlandırıldı, onun əleyhinə hansı dəlil-sübut toplanılmışdı və onun günahı sübut olunub-olunmamışdı, mənim bunlardan xəbərim yoxdur. 

Sual: 

-Bəbir Hüseynov İrana neçə gəlib çıxmışdı?

(Davamı var)

Təqdim etdi:

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Fevral 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see315

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see194

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see192

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see179

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see168

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see155

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri