Tərtər DOST filialında 2 mindən çox vətəndaşa xidmət göstərilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 27 mart, AZƏRTAC
Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialında 2253 vətəndaşa xidmətlər göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il yanvarın 22-də açılışı olan filiala edilən müraciətlər pensiya və müavinət, sosial xidmət, məşğulluq, əlillik və s. məsələləri əhatə edib.
Xidmət üçün müraciət edən vətəndaşların orta gözləmə müddəti 49 saniyə, orta xidmət müddəti isə 7 dəqiqə 9 saniyə olub.
Tərtər filialında göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 99,6 faiz təşkil edib.
Müxbir - Süleyman Qaradağlı
Bu mövzuda digər xəbərlər:Son iki ayda Şuşa DOST filialında 343 vətəndaşa xidmət göstərilib
10 Mart 2025 14:38
2 saylı Bakı DOST Mərkəzində 4 milyonuncu vətəndaşa xidmət göstərilib
08 Dekabr 2025 16:32
DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib
15 May 2025 11:09
DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib
14 Aprel 2025 11:53
DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib
11 İyul 2025 11:28
Baxış sayı:107
Bu xəbər 27 Mart 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















