Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Tərtər fermerləri dövlət dəstəyini bolluğa çevirirlər

Tərtər fermerləri dövlət dəstəyini bolluğa çevirirlər

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarabağ iqtisadi rayonuna daxil olan Tərtər aqrar istehsalın yüksək inkişaf etdiyi bölgələrdən biridir. Münbit torpaqları, əlverişli iqlim şəraiti və zəhmətkeş insanların əməyi nəticəsində rayonda hər il minlərlə ton ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları istehsal olunur. Bu məhsullar daxili bazarlarda bolluğun yaradılmasına, eyni zamanda, xarici ölkələrə ixracın genişləndirilməsinə mühüm töhfə verir. Bununla da Tərtər Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasında özünəməxsus paya malik rayonlardan birinə çevrilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov söhbət zamanı bildirdi ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun qarşıdakı inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji sənəddir. 

Onun sözlərinə görə, proqramda yeni istehsal və emal müəssisələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların innovativ üsullarla istehsalı, məhsuldarlığın artırılması, su ehtiyatlarından səmərəli istifadə olunması əsas prioritetlər kimi müəyyənləşdirilib. Sənəddə, həmçinin ərzaqlıq buğda istehsalının artırılması, idxaldan asılılığın minimuma endirilməsi, məhsulların itkisiz saxlanılması üçün müasir soyuducu anbarların yaradılması və istixana təsərrüfatlarının genişləndirilməsi kimi mühüm vəzifələr nəzərdə tutulub.

Rayon rəhbəri daha sonra qeyd etdi ki, Tərtərdə 20 min 332 hektar əkinəyararlı torpaq sahəsi mövcuddur. Hazırda rayonda ümumi tutumu 4 min 500 ton olan 3 soyuducu anbar və 4 istixana kompleksi fəaliyyət göstərir. Gələcək dövrdə bu sahələrin genişləndirilməsi və yeni müasir təsərrüfat obyektlərinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir.

Son illərdə rayonda bitkiçiliyin inkişafına xüsusi diqqət göstərilib. Bunun nəticəsidir ki, 2025-ci ildə Tərtərdə 26 min 119 ton taxıl istehsal olunub. Orta məhsuldarlıq hər hektardan 39,7 sentnerə çatdırılıb. Cari ilin məhsulu üçün isə 8 min 41 hektar sahədə taxıl əkini həyata keçirilib. Hazırda 31 min 600 ton məhsul tədarük olunub. Taxıl biçini davam etdiyi dövrdə orta məhsuldarlığın 41,32 sentnerə yüksəlməsi fermerlərin aqrotexniki qaydalara düzgün əməl etdiyini göstərir.

Rayonda strateji əhəmiyyətli sahələrdən olan pambıqçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Ötən il 10 min 531 ton pambıq istehsal olunub, orta məhsuldarlıq 37,65 sentner təşkil edib. 2026-cı ilin məhsulu üçün isə 2 min 132 hektar sahədə çiyid səpini aparılıb və hazırda əkin sahələrində yüksək aqrotexniki qulluq işləri davam etdirilir.

Heyvandarlığın inkişafı və yem bazasının möhkəmləndirilməsi məqsədilə rayonda 9 min 437 hektar yonca sahəsinə qulluq göstərilir. Meyvəçilik sahəsində də uğurlu nəticələr əldə olunur. Belə ki, rayon ərazisindəki 2 min 372 hektar meyvə və giləmeyvə bağlarından hər il yüksək məhsul götürülür.

Tərtərdə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir. 2025-ci ildə kümçülərə 280 qutu ipəkqurdu paylanılıbsa, cari ildə bu göstərici 300 qutuya çatdırılıb və nəticədə 4 min 435 kiloqram barama istehsal olunub. Hazırda rayonda baramaçılığın yem bazasının gücləndirilməsi məqsədilə 52 min 200 ədəd tut tinginə aqrotexniki qulluq göstərilir.

Respublikanın digər bölgələrində olduğu kimi, Tərtərdə də sahibkarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Rayonun Xoruzlu kəndində fəaliyyət göstərən “AZNEKTARİN” MMC aqrar sahədə uğurlu nümunələrdən biridir.

Müəssisənin rəhbəri Elçin Əlizadənin sözlərinə görə, 2019-cu ildən fəaliyyət göstərən təsərrüfatda 117 hektar ərazidə intensiv meyvə bağları salınıb. Burada yetişdirilən ağaclara müasir aqrotexniki üsullarla qulluq edilir, suvarma isə damcılama sistemi vasitəsilə həyata keçirilir.

Su təminatı üçün hər birinin tutumu 20 min kubmetr olan iki su anbarı yaradılıb. Bu sututarları Suqovuşan su anbarı və subartezian quyuları hesabına formalaşdırılır. Təsərrüfatın qarşısında duran əsas məsələlərdən biri məhsulların saxlanılması üçün müasir soyuducu anbarın yaradılmasıdır. Belə bir infrastrukturun qurulması məhsulların çeşidlənməsinə, keyfiyyətinin qorunmasına və bazarlara daha ­cəlbedici formada çıxarılmasına imkan verəcək.

Kənd Təsərrüfatı Nazirliyinin Suqovuşan qəsəbəsi ərazisində 200 hektar yeni bağ salınması ilə bağlı keçirdiyi tenderin qalibi olan müəssisə mina təmizləmə işləri başa çatdıqdan sonra həmin ərazidə bağsalma prosesinə başlayacaq. Artıq yeni meyvə tinglərinin sifarişi həyata keçirilir.

Hazırda müəssisədə istehsal olunan yüksəkkeyfiyyətli məhsullar “Made in Azerbaijan” brendi ilə Rusiya, Ukrayna və Türkiyə bazarlarına ixrac edilir. 2025-ci ildə 2800 ton məhsul istehsal olunub. Bu il də məhsul yığımı uğurla davam etdirilir.

Müəssisə rəhbəri daha sonra bildirdi ki, havaların qeyri-sabit keçməsi və yağıntıların normadan artıq olması məhsuldarlığa müəyyən qədər təsir göstərsə də, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi nəticəsində yaxşı nəticələr əldə olunub. Meyvə yığımının avqustun 20-dək başa çatdırılması nəzərdə tutulur.

Rayonun Bəyimsarov kəndində yerləşən “Tərtər Aqropark” MMC də aqrar sahədə qabaqcıl təsərrüfatlardan biridir. 2012-ci ildən fəaliyyət göstərən müəssisənin ümumi ərazisi 130 hektardır.

Aqroparkda 2013-cü ildə “Aqrolizinq” ASC xətti ilə Almaniyadan gətirilən “Holşteyn” cinsindən olan südlük inəklər saxlanılır. Hazırda təsərrüfatda 270 baş sağmal inək, 260 baş isə düyə və buzov bəslənilir. Müəssisənin direktoru Habil İbrahimovun sözlərinə görə, bir inəkdən sutkada orta hesabla 30 litrdən artıq süd əldə edilir. İllik süd istehsalı 2500 tona çatır. Bundan əlavə, hər il 15 tondan artıq ət istehsal olunur. Heyvanların yem təminatı isə əsasən təsərrüfatın öz imkanları hesabına həyata keçirilir.

2026-cı ilin məhsulu üçün müəssisədə 60 hektar arpa, 30 hektar dənlik qarğıdalı, 70 hektar silosluq qarğıdalı becərilib. Hər hektardan 5 ton arpa əldə olunub. Qarğıdalı üzrə isə 12 ton dənlik və 50–55 ton silosluq məhsul tədarükü planlaşdırılır.

Arpa biçimindən sonra 50 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Bundan başqa, 40 hektar sahədə ərzaqlıq buğda yetişdirilib və hər hektardan 50-55 sentner məhsul götürülüb.

Mövsüm ərzində 60 hektar sahədə günəbaxan əkini aparılıb və yüksək aqrotexniki qulluq göstərilib. Avqust ayında məhsul yığımına başlanılması nəzərdə tutulur.

Aqroparkda 2 hektarlıq intensiv xurma bağından ötən il 60 tondan artıq ixracyönümlü məhsul əldə olunub. Həmin məhsullar “Made in Azerbaijan” brendi ilə müxtəlif ölkələrin bazarlarına çıxarılıb.

Müəssisədə Türkiyədən gətirilən müasir avadanlıqlar vasitəsilə pendir, kərə yağı, ayran və holland pendiri istehsal olunur. Yeni istehsal sahəsinin fəaliyyətə başlaması ilə əlavə iş yerlərinin yaradılması nəzərdə tutulur. Hazırlanan məhsulların əsasən daxili bazarda satışa çıxarılması planlaşdırılır.

Bütün bunlar göstərir ki, Tərtərdə dövlət dəstəyi, sahibkar təşəbbüsü və fermer zəhmətinin birləşməsi nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyur. Rayonun kənd təsərrüfatı potensialı həm daxili bazarın təminatında, həm də Azərbaycanın ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayır.

Vəli VƏLİYEV 
XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see361

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see316

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see305

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see278

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see277

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see267

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see253

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see233

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see225

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see205

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see201

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see199

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see196

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see189

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see177

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri