Tərtərdə ağır qəza, 24 yaşlı gənc həlak oldu VİDEO
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün Tərtərdə “VAZ 2107” və “VAZ 21011” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır qəza baş verib.
Sfera.az xəbər verir ki, hadisə saat 21 radələrində Nizami küçəsində qeydə alınıb.
30 yaşlı Cəsarət Abışovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil 22 yaşlı Emil Ağayevin idarə etdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2107”nin sərnişini 24 yaşlı İsbəndiyarov Yaqub Raqub oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü və sərnişin 22 yaşlı Ümid Xıdırov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Mart 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















