Tərtərdə ağır qəza: Ər və arvad öldü (Video)
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Tərtər rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
Milli.Az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Bərdə rayon sakini, 64 yaşlı Adil Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil qarşı hərəkət zolağına çıxaraq "DAF" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü Adil Əhmədov və onun həyat yoldaşı Elza Əmirova hadisə yerində dünyasını dəyişib. Yük avtomobilinin sürücüsü isə müxtəlif xəsarətlər alıb.
İlkin ehtimallara görə, qəzanın baş verməsinə "Mercedes"in sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı sürücülərə müraciət edərək, xüsusilə isti hava şəraitində yorğun və yuxusuz vəziyyətdə avtomobil idarə etməməyə, uzun səfərlər zamanı mütəmadi istirahət etməyə çağırıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 İyul 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















