Tərtərdə hesabat iclası keçirilib ŞƏRH
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon təşkilatının Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında hesabat iclası baş tutub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla anıblar.
İclasların gündəliyinə ərazi partiya təşkilatının 2025-ci il üzrə fəaliyyət hesabatı və 2026-cı il üçün nəzərdə tutulan Tədbirlər planının təsdiqi məsələləri daxil edilib.
Görüş zamanı ərazi partiya təşkilat sədri Əqdəm Əlişzadə ötən dövr ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib.
Çıxış edən partiya üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş hesab edərək, YAP-ın müstəqil Azərbaycanın inkişafında və parlaq gələcəyinin qurulmasında həlledici rol oynadığını vurğulayıblar.
YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev çıxışında qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatındakı fəal mövqeyi ilə ümumxalq partiyasına çevrilib. O, partiyanın bu gün də Ümummilli Liderin ideologiyasına sadiq qaldığını və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirin sonunda Əli Paşayev ərazi partiya təşkilatının gələcək işlərində müvəffəqiyyətlər arzulayaraq, hər bir üzvü partiyanın fəaliyyətində daha aktiv olmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 17 Fevral 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















