Tərtərdə tutulan şəxsdən narkotik vasitə və avtomat aşkarlanıb
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elməddin Xıdırov saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 kiloqrama yaxın marixuana, həmçinin "AK-103" markalı avtomat silahı, ona aid 30 ədəd patron və patron darağı aşkar edilərək götürülüb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitə və silahı Ağdərə rayonu ərazisindən taparaq qanunsuz olaraq özündə saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Binəqədidə saxlanılan şəxsdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
19 İyun 2025 20:44
Saxlanılan şəxsdən Makarov aşkarlanıb
18 Aprel 2025 10:46
Cinayətkarlığı təbliğ edən şəxsdən avtomat götürüldü
25 Dekabr 2024 09:46
Samuxda narkokuryerlik edən şəxsdən 16 kiloqrama yaxın narkotik aşkarlanıb
17 Yanvar 2025 11:46
Baxış sayı:47
Bu xəbər 19 Yanvar 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















