Tərtərdə yol nəqliyyat hadisəsində sürücü, habelə ata və oğlu ölüb YENİLƏNİB
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.
"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, Tərtər şəhər M.Hüseynzadə küçəsindən yaşayan sürücü, 1972-ci il təvəllüdlü Mustafayev Ramin Nurəddin oğlu, sərnişinlər; ata-oğul, 1974-cü il təvəllüdlü Quliyev Həbib İvan oğlu və 1998-ci il təvəllüdlü Quliyev Vudadi Həbib oğlu qəza zamanı hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
18:42
Tərtərdə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Hindarx Borsunlu yolunun Tərtər rayonunu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza "OPEL" markalı minik maşını ilə "KamAZ" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb.
Faktla bağlı araşdırma başlanıb.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 08 Avqust 2025 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















