Icma.az
close
up
RU
Təsadüf, yoxsa tarix təkrar olunur?

Təsadüf, yoxsa tarix təkrar olunur?

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen demokratlar partiyasının tərəfdarı olub.
Eynilə 30 mart 1981-ci ildə "Vaşinqton Hilton" otelində prezident Ronald Reyqan olan tədbirdə atəş açan Con Hinkli də hücum zamanı demokrat partiyasının tərəfdarı idi.
Tramp olan tədbirdə atəş açan K.Allen 2017-ci ildə Kaliforniya Texnologiya İnstitutundan məzun olub. Reyqana atəş açan Con Hinkli də Texas Texnologiya Universitetində müəyyən fasilələrlə təhsil alıb.
Hər iki hadisədə hücumu planlayanlar tək hərəkət ediblər.. Reyqana sui qəsdi planlayan qəzet və jurnallardan ibarət məlumatlar bazası toplayıbsa, Trampa hücum edən rəqəmsal informasiyalardan ibarət faylı olub.
Polis və FBİ Allenin kompüterində 1981-ci il hadisəsinin videolarını, "Vaşinqton Hilton"un memarlıq planlarını və Hinklinin məhkəmə ifadələrini tapıb.
Con Hinkli, hadisədən sonra məhkəmə tərəfindən psixi pozuntusu olduğu rəsmən təsdiqləndi. Koul Allen də hadisədən dərhal sonra xəstəxanada psixoloji müayinəyə götürüldü. Onun hərəkətləri də eyni maddə ilə eyni hesab edilir.
Hinklinin barəsində yazılanlara görə O, cəmiyyətdən qaçan, dostu olmayan və vaxtının çoxunu tək keçirən bir gənc idi. O, real dünya ilə deyil, filmlər və xəyalları ilə yaşayırdı.
Allen həm də bir video oyun tərtibatçısı idi. O, Steam platforması üçün kimya əsaslı oyun hazırlamışdı və son dövrlərdə silahlı hücumlar olan oyunları 1.99 dollara yükləmə proqramlarında satışını həyata keçirir.
Bu, Con Hinklinin özünü "Taksi sürücüsü" filminin qəhrəmanı hesab etməsi ilə çox bənzərdir – hər ikisi reallıqla virtual/kino dünyası arasında özlərini axtarmağa çalışırlar.
Hinkli hadisədən əvvəl həmin ərazidəki otellərdə qalmış idi. Allen isə "Vaşinqton Hilton"un özündə otaq kirayələmişdi.
31 yaşlı Allen haqqında qərb mediasının yazdığına görə ayın müəllimi olmasına baxmayaraq son dövrlərdə onun daha qapalı həyat sürməsi və fərdi şəkildə hərəkət etməsi diqqət çəkir.
Film kimi olan hadisəyə baxın:
Dünən ilk gülləni Trampın mühafizəçisi aldı, zirehli gödəkcə onu xilas elədi. Reyqanın da mühafizəçisi Timoti Makkarti ilk gülləni alan şəxs idi.Reyqana güllə birbaşa dəyməmişdi, rikoşetlə ağciyərinə girmişdi. Allenin də atdığı güllə rikoşetlə mühafizəçiyə dəyib.
Hər iki hadisə ABŞ-ın siyasi baxımdan çox gərgin olduğu bir dövrdə baş verib. 1981-ci ildə Reyqan yeni seçilmişdi və ölkə soyuq müharibənin gərginliyini yaşayırdı. 2026-cı ildə isə Trampın apardığı siyasət və Amerikanın yaşadığı həyat qırmızı xətti keçib.
Birinci hadisədən sonra Reyqan bunu bəhanə edərək bütün Amerika siyasəti ilə bağlı məlumatları mediaya verməkdən imtina elədi və jurnalistlər ilə açıq görüşlərdən qaçdı. İndi də Tramp onun üzərinə çoxsaylı suallar ilə gələn medianı uzaq tutmağa çalışacaq..
Zaur Aliyev, professor. Dr
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Aprel 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri