Icma.az
close
up
RU
Tesla dəfn edilir: Şirkətin əsas problemi siyasət, yoxsa rəqabət?

Tesla dəfn edilir: Şirkətin əsas problemi siyasət, yoxsa rəqabət?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərb KİV-ləri satışların azalmasını İlon Maskın siyasi baxışları ilə əlaqələndirsə də, "Tesla"nın bazar payının düşməsinin əsas səbəbi fərqli amillərdə gizlənir.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, yayın sonunda "Tesla" pərəstişkarlarını xoşagəlməz xəbər üzüb: iyul ayında şirkətin Avropa İttifaqında satışları 42,4 faiz azalaraq cəmi 6,6 min avtomobil təşkil edib. Əvəzində isə Çin istehsalçısı BYD Avropada satışlarını 206 faiz artıraraq 9,7 min avtomobil satıb və ən güclü rəqibə çevrilib.


Mütəxəssislər bildirirlər ki, "Tesla" artıq uzunmüddətli yüksəlişdən sonra "tavan həddinə" çatıb. Avropada ümumi bazar 7,4 faiz artsa da, "Tesla"nın göstəriciləri geriləyib. ABŞ-da isə şirkətin payı ilk dəfə olaraq 2017-ci ildən sonra 40 faizdən aşağı düşərək 38 faizə enib. Halbuki ölkədə ümumi elektrik avtomobil satışları rekord həddə çatıb.

Şirkətin çətinlikləri 2025-ci ilin əvvəlindən hiss olunurdu: birinci rübdə xalis mənfəət 71 faiz azalıb, ikinci rübdə satışlar 13,5 faiz geriləyib. İlon Maskın böyük ümidlər bəslədiyi "Model Y" bu il dünyada yalnız dördüncü ən populyar model olub.

Hindistan bazarına çıxış da uğursuz alınıb – orada yüksək qiymət səbəbindən cəmi 600-dən bir qədər çox "Model Y" sifariş edilib.

Maskın siyasətə açıq müdaxiləsi, o cümlədən ABŞ-da Donald Trampı, Almaniyada isə "AfD" partiyasını dəstəkləməsi onun reputasiyasına zərbə vurub. Lakin analitiklər hesab edirlər ki, "Tesla"nın əsas problemi siyasi deyil, daha çox rəqabətlə bağlıdır. "Mercedes", "Volkswagen", "Audi", "Porsche" və xüsusilə Çin istehsalçıları bazara yeni modellər təqdim edərək payı ələ keçirirlər. "Tesla" isə son illər yeni modellərlə çıxış etməyib, yalnız əvvəlkiləri modernləşdirib.


Bununla belə, şirkət yeni addımlar atır – yaxınlarda təsadüfən yeni krossover modelinin görüntüləri yayılıb.

Sonda demək olar ki, Tesla üçün böhran əsasən qlobal rəqabətin güclənməsi ilə bağlıdır. Şirkət hələ də bir sıra ölkələrdə populyarlığını saxlayır, amma yeni modellərin olmaması və güclü rəqiblərin çıxışı səbəbindən əvvəlki mövqelərini qorumaqda çətinlik çəkir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri