Tesla nın avtopilot sistemi yalnız abunəlik əsasında əlçatan olacaq
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Cari ilin fevral ayından etibarən "Tesla" şirkətinin "Full Self-Driving" (FSD) avtopilot sistemi yalnız abunəlik əsasında əlçatan olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə şirkət rəhbəri, amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkə hesabında məlumat verib.
Mask qeyd edib ki, "Tesla" fevralın 14-dən sonra FSD-nin satışını dayandıracaq. Bundan sonra FSD yalnız aylıq abunəlik vasitəsilə əlçatan olacaq.
Şirkətin məlumatına görə, hazırda sistemi 8 min dollara almaq və ya 99 dollara aylıq abunəlik rəsmiləşdirmək mümkündür. Lakin Mask yeni abunəliyin qiymətinin nə qədər olacağını dəqiqləşdirməyib.
Avtopilot sistemi yolda manevrlər etmək, naviqasiya və müstəqil parkinq funksiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 15 Yanvar 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















