Tesla “Powerwall 2” batareyalarını geri çağırır Yanğın riski
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
“Tesla” şirkəti Avstraliyada quraşdırılmış “Powerwall 2” ev batareyalarını yanğın təhlükəsi səbəbilə geri çağırıb. Avtosfer.az Valyuta.az-a istinadən xəbər verir ki, Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının açıqlamasına görə, bəzi qurğularda baş verən yanğınlar nəticəsində cüzi əmlak ziyanı qeydə alınıb, xəsarət alan olmayıb. Məlumata görə, geri çağırma ABŞ-də istehsal olunaraq 2020-ci ilin noyabrı - 2022-ci ilin iyunu arasında Avstraliyada satılmış batareyalara şamil edilir.
Şirkət bildirib ki, nasaz qurğular pulsuz əvəzlənəcək, enerji qənaətində yaranan itkilərlə bağlı kompensasiya isə fərdi qaydada nəzərdən keçiriləcək.
Baxış sayı:40
Bu xəbər 20 Sentyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















